Şənbə , Aprel 27 2024
Ana səhifə / İqtisadiyyat / Səfir: “Bakı haba çevrilmək üçün mükəmməl mövqeyə malikdir”

Səfir: “Bakı haba çevrilmək üçün mükəmməl mövqeyə malikdir”

“Bakı Şimal-Cənub və Qərb-Şərq nəqliyyat dəhlizləri arasında haba çevrilmək üçün mükəmməl mövqeyə malikdir”.

Bu barədə jurnalistlərə açıqlamasında Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib.

Onun sözlərinə görə, təmsil etdiyi beynəlxalq qurum əlaqələrin genişləndirilməsini hər zaman təşviq edib və Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi buna bariz nümunədir.

“Bu dəmir yolu xətti həmin yüklərin, həm də sərnişinlərin Asiyadan Avropaya daha sürətlə daşınmasını təmin edəcək. Azərbaycanın, o cümlədən paytaxt Bakının mükəmməl mövqeyi var və logistika proseslərinin mərkəzində yerləşir. Həm dəniz, həm dəmir yollarının bu şəhərdən keçməsi ticarəti stimullaşdırır, strateji əlaqələri yaxşılaşdırır, insanlar üçün yeni iş yerləri açır”, – deyə diplomat qeyd edib. (Report)

Həmçinin oxuyun

Bakıda ailə ilə şam yeməyi 200 manata başa gəlir

Türkiyədə kafe və restoranlarda menyu qiymətlərinin yüksək olması böyük etirazlara səbəb olub. Ötən həftədən etibarən …