Cümə , Aprel 26 2024
Ana səhifə / İqtisadiyyat / Suriya bölünür – ABŞ-la Rusiya razılığa gəlib

Suriya bölünür – ABŞ-la Rusiya razılığa gəlib

ABŞ-la Rusiya Suriyada atəşkəsə dair razılaşmanı elan etməsinin ardınca Suriyanın şimalındakı PYD kürd təşkilatı böyük dövlətlərin kürd muxtariyyətinin yaradılmasına dair razılığa gəldiklərini açıqlayıb.Virtualaz.org xəbər verir ki, PYD liderlərindən Elham Əhməd bu haqda Suriyanın şimalında fəaliyyət göstərən küd xəbər agentliyi Hawar-a müsahibəsində deyib.
Kürd nümayəndəsinin sözlərinə görə, Suriya çox güman ki, üç federal subyektə bölünəcək və bu haqda danışıqlar gedir. Ancaq Suriyanın federativ dövlətə çevrilməsi şərti ilə ərazi bütövlüyünü saxlaması nəzərdə tutulur. “Xarici nümayəndələrin də iştirakı ilə aparılan danışıqlarda Suriyada üç federativ bölgənin yaradılmasından söhbət gedir. Bu, Suriya vətəndaşlarının, partiyaların, qruplaşmaların və Suriya böhranının siyasi həllinə çalışan xarici dövlətlərin istəyidir. Rusiya və ABŞ da bu mövqeni dəstəkləyir”-PYD nümayəndəsi deyib.

Əhməd federallaşma planının detallarını açıqlamaqdan imtina edib, deyib ki, hələlik bu haqda tam razılaşma yoxdur. Ancaq onu əlavə edib ki, Suriyanın cənub, mərkəzi və şimal əyalətlərinə bölünməsi nəzərdə tutulur. Şimal hissədə kürd muxtariyyəti olacaq. Mərkəzi hissədə sünnülər, cənubda isə şiələr olacaq. Kürd nümayəndəsinin sözlərinə görə, Suriyanın federallaşmasına dair danışıqlarda ən barışmaz mövqedən “mötədil müxalifət” çıxış edir, Bəşər Əsədin hökuməti onlara nisbətən daha yumşaq mövqe nümayiş etdirir.
Ən ağlabatan ssenari hər üç federal bölgənin özünün müstəqil seçki sisteminin olmasıdır. Məsələn, regionların birində seçicilər Əsədi seçəcəksə bu, qalan iki regionda siyasi proseslərə heç bir təsir etməyəcək. Yəni qalan regionlarda Əsədlə döyüş qüvvələr də hakimiyyətə gələ biləcək.
Ekspertlər bunun Bosniya modelini xatırlatdığını deyirlər. 90-cı illərin ortalarında NATO Bosniyadakı qanlı qırğınları dayandırmaq üçün bombardman əməliyyatlarına başladı. Sonda çoxluqda olan etnik qrup-serblər danışıqlara razılaşdı. ABŞ və Rusiya Bosniyanın müsəlmanlar, serblər və xorvatlardan ibarət konfederasiyaya bölünməsində anlaşdılar.

Həmçinin oxuyun

Turist sayı nəyin hesabına artır?

Rəsmi açıqlama sərhədin COVİD-ə görə, Prezident təhlükəsizlik səbəbindən bağlı qaldığını deyir Bu ilin ilk üç …

Bir cavab yazın