Cümə , Aprel 26 2024
Ana səhifə / İqtisadiyyat / Sorosun çirkli pulları…

Sorosun çirkli pulları…

“Mənbəyi məlum olmayan vəsaiti də çirkli pullar kimi qəbul etmək olar”

Arzu Nağıyev: “Azərbaycanla bağlı fond tərəfindən həyata keçirilən əməliyyatların da məhz belə pullarla aparılması inkar edilə bilməz”

Amerikalı milyarder, məşhur birja maxinatoru və “rəngli inqilablar”ın sponsoru Corc Sorosun 7 milyard dollarlıq vergidən yayındığı üzə çıxıb. Amerika qanunvericiliyindəki boşluqdan yararlanaraq o, uzun illər vergi ödəməyib. Müştəri ödəmələrindən vergiləri ödəmək əvəzinə onları yenidən özünün investisiya fonduna yatırım kimi qoyub.

“Fox News” telekanalının xəbərinə görə, nəticədə Soros 7 milyard dollar həcmində vergidən yayınıb və vergi orqanları bu vəsaiti ondan almaq üçün prosedurlara başlamağa hazırlaşır.

Amerika vergi qanunvericiliyindəki bu boşluq bir neçə il ərzində mövcud olub. Lakin 2008-ci ildə Konqres bu boşluğu aradan qaldırıb və ondan istifadə edənlərə vergi borclarını 2017-ci ilədək ödəmək üçün vaxt qoyub.

“Bloomberg” agentliyi isə hesablayıb ki, Soros bu boşluqdan istifadə edərək 13,3 milyard dollar qazanıb. Ekspertlərdən biri bu situasiyada tətbiq edilən vergi mexanizmini analiz edərək Sorosun 6,7 milyard dollar vergi ödəməli olduğunu hesablayıb.

Lakin agentlik müəyyən edib ki, Soros vergi qanunvericiliyindəki boşluğun aradan qaldırılmasından az əvvəl aktivlərini İrlandiyaya köçürüb. Bununla da vergilərdən yayınmaq üçün yeni imkan əldə edib. Bununla belə, vergi hüquqşünasları Sorosun 2017-ci ilədək milyardlarla dollarlıq vergi borcunu ödəməkdən necə yayınacağını bilmir.

Bu ad Azərbaycana da yaxşı tanışdır. Onun adı Azərbaycana qarşı tuşlanan bir çox layihələrin sponsoru qismində keçir. Xüsusilə də, Avropa Oyunları ilə bağlı anti-Azərbaycan tədbirlərinin təşkilini maliyyələşdirənlərdən birinin Soros olduğu deyilir. Onun bu pulları dələduzluq yolu ilə qazandığı üzə çıxır. Anti-Azərbaycan kampaniyası üçün Sorosun ayırdığı puların mənşəyinin də çirkli olduğu qənaətinə gəlmək olarmı?

Milli Təhlükəsizlik Nazirliyinin sabiq əməkdaşı Arzu Nağıyev açıqlamasında bildirdi ki, “Soros fondu” adı ilə tanınan bu qurumun əsl adı “Açıq Cəmiyyət” İnstitutudur və maliyyəçi Corc Soros tərəfindən təsis edilib: “Dünyada,daha doğrusu 30 ölkədə bir sıra proqram və layihələri maliyyələşdirir,Nyu-york və Budapeştdə baş ofisi var. Bu fondun əsas gəliri guya 1992-ci ildə olub, alman markasının məzənnəsinin funt sterlinqə qarşı kəskin bahalaşmasından sonra milyardlarla gəlir əldə edib. Bu məsələdə də qaranlıq məqamlar olub və əvvəlcədən konfidensial məlumat əldə edən Soros külli miqdarda gəlir sahibi olub. Düşünürəm ki, bu məlumatlar sadəcə əldə edilmir və daha doğrusu Sorosa ötürülür,çox güman ki, burada maraqlı dövlətlərin kəşfiyyat orqanlarının da rolu qaçılmazdır. Soros daim maliyyə mənbəyi ilə bağlı suallardan qaçsa da, 2002-ci ildə Paris məhkəməsi tərəfindən məxfi məlumatları qanunsuz yolla əldə etdiyinə görə 2 milyon avrodan çox bir məbləğdə cərimələnib. Yəni belə faktlar var. Soros Fondunun fəaliyyətinə diqqət yetirərkən mənşəyi bəlli olmayan maliyyə vəsaiti haqqında çox faktlar üzə çıxır. Mənşəyi məlum olmayan vəsaiti də çirkli pullar kimi qəbul etmək olar. Bu baxımdan Azərbaycanla bağlı fond tərəfindən həyat keçirilən əməliyyatların da məhz belə pullarla aparıldığı inkar edilə bilməz”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Turist sayı nəyin hesabına artır?

Rəsmi açıqlama sərhədin COVİD-ə görə, Prezident təhlükəsizlik səbəbindən bağlı qaldığını deyir Bu ilin ilk üç …

Bir cavab yazın