Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / İqtisadiyyat / SOCAR-da əmək haqqı artımı qalmaqalı-RƏY

SOCAR-da əmək haqqı artımı qalmaqalı-RƏY

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İB-nin hüquqşünası Azər Quliyev SOCAR-da əmək haqlarının artırılması ilə bağlı son günlər daxil olan şikayətlərə rəy verib. “Təzadlar”ın suallarını cavablandıran Azər Quliyevin rəyini təqdim edirik: -Bildiyiniz kimi 2019-cu ilin sentyabr ayından SOCAR üzrə işçilərin əmək haqqı 20 faiz qalxıb, bu artım işçilərin peşəkarlığına görə əlavə əmək haqqına aid edilməyib. Halbuki, 2018-ci ilin aprel ayında SOCAR üzrə işçilərin əmək haqqı 10 faiz qalxmışdı, həmin artım işçilərin həm əsas taarif maaşı, həm də peşəkarlığa görə əlavə əmək haqqının cəminə şamil olunmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 43-cü maddəsinin 3-cü hissəsinə əsasən, Əmək müqaviləsi bağlanarkən, həmçinin əmək münasibətlərinə xitam verilənədək bu Məcəllə ilə işçilər üçün müəyyən edilmiş hüquq və təminatların səviyyəsi azaldıla bilməz. İşçilərə verilmiş SOCAR-n 28 May NQŞİ-nin 17.06.2017-ci il tarixli “Əmək şəraitinin şərtlərinin dəyişdirilməsi barədə” Xəbərdarlıq məktubunda da bildirilir ki, dərəcələrinin aşağı düşməsi ilə əlaqədar, müstəsna hal kimi işçilərin əmək haqı azalmayacaq, arada olan fərq isə müəssisə tərəfindən ödəniləcək və əmək haqqının səviyyəsi əvvəlki səviyyədə qalacaqdır. Xəbərdarlığın 3-cü hissəsində göstərilir ki, əlavə ödəniş-hüquqi cəhətdən əmək müqaviləsində təsbit olunan əmək haqqının tərkib hissəsi kimi ödəniləcəkdir. SOCAR-n maliyyə üzrə vitse-prezidenti Süleyman Qsımovun müsahibəsində də qeyd olunanlarla bağlı bildirilir ki, bu dəyişikliklər və ya dərəcələrin aşğı salınması nəticəsində heç bir işçinin əmək haqqında azalmalar olmayacaq. 28 May NQÇİ-nin mühəndisləri bildirilər ki, bu dəyişikliklər zamanı da müəssisənin rəhbərliyi, o cümlədən Baş mühəndis, baş mühasib, əmək haqqı şöbəsinin rəisi, hüquqşünas və digər vəzifəli şəxslər dəfələrlə şifahi olaraq bildirirdilər ki, həmin dövrdə və gələcəkdə bu azalmalar onların əmək haqqlarında hüquqi tərəfdən heç bir azalmaya səbəb olmyacaq, bu yalnız həmin dövrdən sonra işə qəbul olunan işçilərə şamil oluna bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 43-cü maddəsinin 4-cü hissəsinə əsasən, bu Məcəllədə başqa hal nəzərdə tutulmayıbsa, əmək müqaviləsinin şərtləri birtərəfli qaydada dəyişdirilə bilməz. Həmin dövrdə işçilər: SOCAR-n 28 May NQŞİ-nin 17.06.2017-ci il tarixli “Əmək şəraitinin şərtlərinin dəyişdirilməsi barədə” rəsmiXəbərdarlıq məktubunu, SOCAR-n maliyyə üzrə vitse-prezidenti Süleyman Qsımovun müsahibəsində də qeyd olunanları, 28 May NQÇİ-i rəhbərliyinin, o cümlədən Baş mühəndis, baş mühasib, əmək haqqı şöbəsinin rəisi, hüquqşünas və digər vəzifəli şəxslər şifahi vəd və ğhdəlikləri əsasında Əmək müqaviləsində dəyişiklik etməyə və dərəcələrinin aşağı salınmasına o əsasdan razılıq vermişlər ki, bu azalmalar onların əmək haqqlarında hüquqi tərəfdən heç bir azalmaya səbəb olmyacaq. Göstərilənləri əsas tutaraq NHMT İB-yi hesab edir ki, SOCAR üzrə işçilərin əmək haqqında 20 faiz artım işçilərin peşəkarlığına görə əlavə əmək haqqına da aid edilməlidir. İşçilər eyni zamada qeyd edirlər ki, gələcəkdə bu öhdəliklərdən qaçmaq məqsədi ilə onlara Əmək müqaviləsinə yeni dəyişiklik təklif edirlər. Dəyişikliyin əsas məqsədi ondan ibarətdir ki, qarşılıqlı razılaşma əsasında onlara peşəkarlığa görə verilən əlavə əmək haqqı, mükafat kimi rəsmiləşdirilsin.Hesab edirik ki, bu dəyişikliyə imza edən işçilər gələcəkdə də müəyyən hüquqi problemlərlə üzləşə bilər.

Həmçinin oxuyun

“Faizlərə yenidən baxılsın” – Deputatdan təklif

“Mərkəzi Bankın notları üzrə son faiz dərəcələrində cüzi artım qeydə alınıb. Belə ki, bir müddət …