Şənbə , Aprel 27 2024
Ana səhifə / İqtisadiyyat / SOCAR-a məxsus otel yenə daha ucuz qiymətə hərraca çıxarılır

SOCAR-a məxsus otel yenə daha ucuz qiymətə hərraca çıxarılır

Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) fevral ayının 14-də keçirəcəyi təkrar hərraca ümumilikdə 10 dövlət əmlakı çıxarılacaq.
Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektlərin əksəriyyəti altındakı torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək.
Hərraca torpaq sahəsi ilə birgə çıxarılan kiçik dövlət müəssisələri sırasında Balakən rayonunda yerləşən və SOCAR-a məxsus olan “Qubek otel” istirahət zonası və “Çinar” soyuducular zavodunun Şəmkir filialı da var.
Diqqət çəkən məqam odur ki, hər iki dövlət müəssisəsinin uzun illərdir hərraca çıxarılmasına və qiymətlərinin dəfələrlə aşağı salınmasına baxmayaraq alıcısı tapılmır.
Məsələn, 2017-ci ildə “Çinar” soyuducular zavodunun Şəmkir filialı 225 min manata hərraca çıxarılsa da satılmayıb. Ayın 14-də baş tutacaq növbəti hərracda isə zavodun filialı 150 min manatdan təklif ediləcək.
SOCAR-a məxsus “Qubek otel” isə hərrac iştirakçılarına 9,1 milyon manatdan təklif ediləcək. 2018-ci ildə bu otelin satış qiyməti 2 dəfə çox – 18,2 milyon manat olub.

Həmçinin oxuyun

Bu il Mərkəzi Bank banklara 2,3 milyard dollardan çox valyuta satıb

Bu gün – 25 aprel tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya …