Bazar ertəsi , Yanvar 18 2021
Ana səhifə / İqtisadiyyat / Seymur Süleymanov: “Əgər Türkiyə Suriyaya daxil olsa, Türkiyə daxilində böyük xaos yaranacaq”

Seymur Süleymanov: “Əgər Türkiyə Suriyaya daxil olsa, Türkiyə daxilində böyük xaos yaranacaq”

Siyasi analitik Seymur Süleymanov açıqlamasında belə deyib. S.Süleymanov Türkiyə hakimiyyətinin PYD-yə bu hücumları ilə dünyaya “PYD İŞİD-dən təhlükəlidir” mesajını verdiyini də bildirib:

“Amma bu, belə deyil, İŞİD ən təhlükəli terror qruplaşmasıdır. PYD-də kürd tərəfdarları çoxluq təşkil edir. Türkiyə hakimiyyəti ötən il PYD rəhbəri Salih Müslimi Ankaraya dəvət etmişdi. O zaman Türkiyə höküməti İraq peşmərgələrini Türkiyə üzərindən Suriyaya keçərək, PYD-yə Kobaninin alınmasına dəstək verdi. Türkiyə dəhlizə icazə verdi. Buradan PYD-nin terror təşkilatı olmadığı qənaəti yarandı. Amma məsələ başqadır. PKK lideri Abdullah Öcalanın “İmralı notları” kitabında da yer alır ki, Türkiyə PYD-dən Suriya rejimi ilə əlaqələrin kəsməsini istəyir. PYD isə bunu qəbul etmir. PYD-nin məqsədi Suriyanın Şimalını İraqın Şimalına bağlamaqdır və bu, gec-tez olacaq. PYD-yə gəldikdə isə həm Rusiya, həm də Amerika böyük dəstək verir. Rusiyanın PYD-yə dəstəyi, Əsədin də PYD-ni qəbul etməsi anlamına gəlir. PYD üzündən Türkiyə Amerikadan soyumuş kimi görünə bilər, amma heç zaman ipləri qoparmaz. Çünki hər ikisinin bir-birlərinə ehtiyacları var. Türkiyə “ya PYD, ya da biz” deyərək Amerikanın seçim etməsini istədi.
Amerika isə PYD-ni seçdi. Türkiyə son iki gündür Suriyada PYD-ni atəşə tutub. Amerika isə ardı-arda atəşi bir an öncə dayandırmasını istəyir. Türkiyə bu çağırışlara məhəl qoymur. Türkiyənin yaxın vaxtlarda Suriyaya qoşun yeritmə ehtimalı çox yüksəkdir. Amma burada hamımız onu bilməliyik ki, Türkiyə Səudiyyə Ərəbistanının oyunlarına getməməlidir. Səudiyyə Ərəbistanı xarici siyasətdə Amerika ilə bir addım atır. Səudiyyənin Türkiyə üzərindən Suriyaya girəcəyi xəbərlərinə diqqət etsək, anlamaq olar ki, Ərəbistan yalnız koalisya (ABŞ) qüvvələrinin qərarı əsasında İŞİD-i məhv etmək üçün hücuma keçə bilər. Amma Türkiyə Suriyaya hansı məqsədlə girəcək? İndi Suriyada kimləri vurursa o məqsədlə.Yəni PYD-ni, YPG-ni məhv etmək üçün. Buna isə nə Amerika, nə Rusiya, nə də Ərəbistan razı olar. O zaman Türkiyə təkbaşına Suriyaya girmiş olacaq. Amma bu addım Türkiyəyə başqa əngəllər törədəcək. Mən Türkiyənin Suriyaya daxil olmasının əleyhinəyəm. Türkiyə daxildə böyük bir xaos yaşayacaq. Türkiyə Suriyaya girsə, Türkiyənin daxilində böyük çaxnaşmalar olacağı gözlənilir. Bir növ Gezi parkı olaylarına oxşar proseslər başlaya bilər. Suriyada həlak olan hər əsgərə görə xalq bir azda ayaqlanacaq. Hakimiyyət bunu bilir, amma qarşısını asanlıqla ala bilməyəcək”.

Həmçinin oxuyun

Azərbaycan düyü idxalını 17 % artırıb

Ötən il Azərbaycan 38,9 milyon ABŞ dolları dəyərində 56,9 min ton düyü idxal edib. “Report” Dövlət …

Bir cavab yazın