Şənbə , Aprel 27 2024
Ana səhifə / İqtisadiyyat / Sevil Nuriyeva Ərdoğanın təyyarəsində Parisə uçdu

Sevil Nuriyeva Ərdoğanın təyyarəsində Parisə uçdu

BMT-nin iqlim dəyişikliyi sammitində iştirak etmək üçün Fransanın paytaxtı Parisə səfər edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı müşayiət edənlər arasında tanınmış azərbaycanlı jurnalist Sevil Nuriyeva da var. Sevil Nuriyeva prezidentin təyyarəsində Parisə gedən tanınmış yazarlar və baş redaktorlar arasındadır.

Qeyd edək ki, bir neçə ildir Türkiyədə yaşayan Sevil Nuriyava qardaş ölkənin mediasında, gündəlik ictimai həyatında fəal iştirak edir. Hazırda, Türkiyənin məşhur media yayınlarında – “Star” qəzetində yazar, “24 TV”-də şərhçi kimi çalışan həmyerlimiz demək olar ki, hər gün müxtəlif televiziya proqramlarına, konfranslara qatılır. O çıxışlarında, hər zaman Azərbaycanın maraqlarını, Qarabağ həqiqətlərini, Güney Azərbaycan problemini də vaxtaşırı qabardır.

S.Nuriyeva Fransadan birbaşa Qətərə gedəcək R.T.Ərdoğanı müşayit edən heyət içərisində də olacaq.

Həmçinin oxuyun

Bakıda ailə ilə şam yeməyi 200 manata başa gəlir

Türkiyədə kafe və restoranlarda menyu qiymətlərinin yüksək olması böyük etirazlara səbəb olub. Ötən həftədən etibarən …

Bir cavab yazın