Şənbə , Aprel 27 2024
Ana səhifə / İqtisadiyyat / Sahibkarlar üçün güzəştli biznes kreditinin həcmi artırıla bilər – RƏSMİ

Sahibkarlar üçün güzəştli biznes kreditinin həcmi artırıla bilər – RƏSMİ

Azərbaycan İqtisadiyyat Nazirliyi nəzdində Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2018-ci il üçün biznesin güzəştli kreditləşməsinin həcmini artıra bilər.

Bu barədə Trend-ə SKMF-un direktoru Şirzad Abdullayev məlumat verib. Azərbaycanın 2018-ci il üçün təsdiq olunmuş dövlət büdcəsinə əsasən, bu il SKMF xətti ilə 170 milyon manat dəyərində güzəştli kreditlərin ayrılması planlaşdırılır.

“Bizim əlavə maliyyə vəsaitlərimiz var. Yəni, biz öz tərəfimizdən 2018-ci ildə maliyyələşdirilmənin həcmini 200 milyon manatadək artıra bilərik. Bu məsələdə hər şey banklar və sahibkarlar arasında razılaşmalardan asılıdır”,– deyə o qeyd edib.

SKMF direktoru həmçinin əlavə edib ki, təlabatın yarandığı halda güzəştli kreditləşmənin həcmi artırıla bilər.

Qeyd edək ki, SKMF 1992-ci ildə yaradılıb.Sahibkarlara kreditlərin verilməsi müvəkkil banklar və bank olmayan kredit təşkilatları vasitəsi ilə həyata keçirilir. 2017-ci ildən başlayaraq SKMF güzəştli kreditləşdirilməni yalnız qaytarılmış vəsaitlər hesabına ayırır. 1992-2017-ci illər ərzində sahibkarlara SKMF xətti ilə ümumi dəyəri 4,5 milyard manat təşkil edən layihələrin həyata keçirilməsi məqsədi ilə 2,1 milyard manat məbləğində güzəştli kreditlər verilib. Kreditlər 34 600 sahibkara təqdim olunub.

Həmçinin oxuyun

Bu il Mərkəzi Bank banklara 2,3 milyard dollardan çox valyuta satıb

Bu gün – 25 aprel tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya …