Cümə , Aprel 26 2024
Ana səhifə / İqtisadiyyat / Səfiri öldürən killerin son sözləri – Yeni detallar üzə çıxdı

Səfiri öldürən killerin son sözləri – Yeni detallar üzə çıxdı

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovu qətlə yetirən killerlə bağlı yeni detallar üzə çıxıb.

Türkiyə mətbuatı xəbər verir ki, ötən gün Ankarada rəsm sərgisində rus səfiri güllələyən polis əməkdaşı Mövlud Altıntaş bir neçə gün öncə hadisənin baş verdiyi ərazinin yaxınlığında otel nömrəsi sifariş verib.

Killerin sui-qəsd planını həmin oteldə hazırladığı bildirilir. Digər məlumata görə, killer oteldə ayın 14-də qeydiyyata düşüb. Altıntaş hadisədən bir neçə saat öncə yerləşdiyi oteldən çıxaraq sərginin keçirildiyi salona gedib.

Həmin otel artıq polis tərəfindən nəzarətə götürülüb, qatilin qaldığı nömrə möhürlənib.

Altıntaşın səfir Karlova 11 dəfə atəş açdığı deyilir. Bildirilir ki, güllələrdən 9-u səfirə dəyib. Hadisədən sonra zərərsizləşdirilən qatilin üzərindən partonla dolu daraq və NATO standartlarına uyğun tapança götürülüb.

Səfirin vurulmasından sonra polislər ona təslim olmağı əmr edib. Killeri isə ”təslim ol” çağırışına məhəl qoymayaraq polislərə “mən bu saatdan sonra sağ qalmaram, onsuz da bura sağ qalmaq üçün gəlmədim”,-deyə cavab verib.

Nəticədə sui-qəsdçi polisin açdığı atəşlə zərərsizləşdirilib.

Qeyd edək ki, Andrey Karlovu öldürən şəxs 22 yaşlı Aydın vilayət sakini, xüsusi xidmət orqanı əməkdaşı Mövlud Mert Altıntaşdır. O, 1994-cü il iyunun 24-də anadan olub. İzmirdə Rüştü Ünsal adına polis məktəbində oxuyub. 2 il yarım Ankara Xüsusi Reaksiya Departamentində xidmətdə olub. (AzVision.az)

Həmçinin oxuyun

Turist sayı nəyin hesabına artır?

Rəsmi açıqlama sərhədin COVİD-ə görə, Prezident təhlükəsizlik səbəbindən bağlı qaldığını deyir Bu ilin ilk üç …

Bir cavab yazın