Cümə , Aprel 26 2024
Ana səhifə / İqtisadiyyat / Rusiyada kömür mədənində uçqun – 90 nəfər uçqunun altında qaldı

Rusiyada kömür mədənində uçqun – 90 nəfər uçqunun altında qaldı

Rusiyanın şimalında yerləşən Vorkuta şəhərindəki kömür mədənlərindən birində uçqun olduğu bildirilir.
Avropa.info xəbər verir ki, ilkin məlumatlara görə Vorkuta şəhərində yerləşən “Severnaya” mədənində baş vermiş uçqun zamanı 88 nəfər uçqunun altında qalıb.
Hadisə haqda məlumatı “Vorkuta Kömür” şirkətinin mətbuat xidmətindən veriblər. Şirkətin yaydığı məlumata görə kömür mədəni ilə əlaqə tamamilə kəsilib.
Uçqunun mədənin yerləşdiyi ərazidə baş vermiş yeraltı təkanlar səbəbilə əmələ gəldiyi bildirilir.
Uçqunun altında qalmış mədən işçilərinin xilas edilməsi üçün əməliyyat başladılıb.

Həmçinin oxuyun

Turist sayı nəyin hesabına artır?

Rəsmi açıqlama sərhədin COVİD-ə görə, Prezident təhlükəsizlik səbəbindən bağlı qaldığını deyir Bu ilin ilk üç …

Bir cavab yazın