Cümə , Aprel 26 2024
Ana səhifə / İqtisadiyyat / Rus və gürcü güləşçilər arasında kütləvi dava düşdü – Video

Rus və gürcü güləşçilər arasında kütləvi dava düşdü – Video

Buxarestdə keçirilən güləş üzrə Avropa Millətlər Kuboku – 2016 rus və gürcü atletlər arasında dava ilə bitib.

Avropa.info xəbər verir ki, dava Rusiya və Gürcüstanın sərbəst güləşçiləri İmil Şərəfətdinov və Zurab Datunaşvili arasında çıxıb. Tutaşmanın əvvəlində gürcü idmançı rəqibinin üzünə sillə çəkib. Rusiyalı idmançı qızışmamış referi araya girib. Tərəflər əl-ələ sıxışıb, döşək üstündə gərginlik azalıb, lakin bu uzun çəkməyib.

Bir müddət sonra vəziyyət yenidən qızışıb. Bu dəfə tərəfləri hakim də sakitləşdirə bilməyib. Onun köməyinə həmkarları çatıb, lakin onlar da problemi həll edə bilməyiblər. Çünki davaya digər komandanların güləşçiləri və məşqçiləri də qoşulub.

Dava-dalaş tərəfləri tez soyuyublar, aranı qızışdıranlar isə diskvalifikasiya ediliblər. Yunan-roma güləşi üzrə Rusiya yığmasının məşqçisi Qoqi Koquaşvili buna çox əhəmiyyət vermədiyini deyib.

Həmçinin oxuyun

Turist sayı nəyin hesabına artır?

Rəsmi açıqlama sərhədin COVİD-ə görə, Prezident təhlükəsizlik səbəbindən bağlı qaldığını deyir Bu ilin ilk üç …

Bir cavab yazın