Cümə , Avqust 23 2019
Ana səhifə / İqtisadiyyat / Ruhani sandığın ağzını açdı – Milyardlıq sazişlərin siyahısı

Ruhani sandığın ağzını açdı – Milyardlıq sazişlərin siyahısı

İran üzərindən sanksiyalar götürüləndən sonra dünya iqtisadiyyatına sürətli keçid edib.

“Qafqazinfo”nun məlumatlna görə, İran son 10 gün ərzində bir neçə dövlətlə milyard dollarlıq müqavilələr bağlayıb.

Həmin ölkələr və onlarla bağlanmış müqavilələri təqdim edirik:

İtaliya

İran prezidenti Həsən Ruhani dünən Vatikanda Papa Fransis ilə görüşüb.

17 il fasilədən sonra Romaya səfər edən ilk İran lideri olan Həsən Ruhani İtaliya baş naziri Matteo Renzi və iş adamları ilə görüşüb.

Ruhani İtaliya səfərində bir neçə müqavilə imzalayıb:

1. “Danieli Group”la 6, 2 milyard dollarlıq müqavilə bağlanıb.

2. İtaliya neft şirkəti “Eni”nin də olduğu “Saipem”lə saziş imzalanıb, lakin müqavilənin təfərrüatları mətbuata açıqlanmayıb.

3. “Fincantieri” İtaliya Dövlət Dəmiryolu və gəmi şirkəti ilə də müqavilələr imzalanıb.

Fransa

İran prezidenti bu gün Fransa dövlət başçısı Fransua Ollandla görüşüb. O, “Airbus”dan 100-dən çox təyyarə idxalı ilə bağlı razılaşıb.

“PSA Peugeot Citroën” və “Renault-Nissan” avtomobil şirkətləri də sanksiya dönəmində İranda itirdikləri alış-veriş bazarını yenidən qazanmaq üçün təklif ediblər.

Almaniya

Almaniyanın ən böyük 2 şirkəti İranla saziş bağlayıb. “Siemens” elektrotexnika konserni ilə 1, 6 milyard dollarlıq müqavilə imzalanıb.

“Daimler” avtomobilistehsalatı konsernindən İranla yük avtomobili istehsal etmək planları olduğu, bununla əlaqədar apreldə İranda ofis açacaqları bildirilib.

Çin

Çin prezidenti Xi Jinping-in İrana rəsmi səfəri çərçivəsində 12 ölkə arasında müxtəlif sahələrdə 17 əməkdaşlıq protokolu imzalanıb. İki ölkə lideri ticarərət əlaqələrini 600 milyard dollara çatdırmaq üçün müzakirələr aparıb.

ABŞ

ABŞ ilə İran arasında ticarət əlaqələrinin yenidən bərpası üçün danışıqlar aparılır.

Türkiyə

İranın ikinci böyük bankı olan “Bank Pasargad”dan bildirilib ki, Türkiyədə şöbə açmaq istəyirlər.

 

Həmçinin oxuyun

Komitədən dövlət müəssisələrində çalışanlara güzəşt

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən hərraclarla bağlı göstərilən xidmətlərdən biri də kiçik dövlət müəssisələrinin əmək …

Bir cavab yazın