Şənbə , Aprel 27 2024
Ana səhifə / İqtisadiyyat / Rövnəq Abdullayevin kürəkəni bu şirkətinin rəhbərliyindən getdi…

Rövnəq Abdullayevin kürəkəni bu şirkətinin rəhbərliyindən getdi…

Dövlət Neft Şirkətinin (SOCAR) sabiq prezidenti, iqtisadiyyat nazirinin müavini  Rövnəq Abdullayevin kürəkəni (qızının həyat yoldaşı) Əliyev Rauf Zeynal oğlu “Solıd Constructıon A” MMC-nin (VÖEN – 1602543931) direktoru vəzifəsindən çıxıb.
Yeniavaz.com-un əldə etdiyi məlumata görə, vaxtı ilə Rauf Əliyevin rəhbərlik etdiyi “Solıd Constructıon A” MMC-yə yeni rəhbər təyin olunub.
“Solıd Constructıon A” MMC-nin yeni rəhbəri Əsgərov Sahib Mübariz oğludur.
Məlumat üçün bildirək ki, yaşayış binalarının tikintisilə məşğul olan “Solıd Constructıon A” MMC 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 50 manat olan MMC-nin hüquqi ünvanı Qara Qarayev pr., ev 30/42, m 17-də yerləşir.
Onu da bildirək ki, 1992-ci il təvəllüdlü Rauf Əliyev hazırda “Rabitəbank” ASC-nin Müşahidə Şurasının üzvü və əsas səhmdarıdır. Bank səhmlərinin 41%-i Rauf Əliyevə məxsusdur.
Abdullayevin kürəkəni həm də “Mega Sığorta” ASC-nin əsas səhmdarlarından (19%) biridir. Bunlardan başqa Rauf Əliyev “Faza” Mənzil Tikinti Kooperativinin (VÖEN – 1402894241), “Black Sapphire” MMC (VÖEN – 1403649271) və “Trust Holding” MMC-lərin (VÖEN – 1602326211) qanuni təmsilçisidir.
Onu da qeyd edək ki, “Rabitəbank” ASC-nin rəsmi saytında yerləşdirilən tərcümeyi-halında Rauf Əliyevin  23 iyul 1992-ci il tarixində Şuşa şəhərində anadan olduğu qeyd olunub.
Xatırladaq ki, Şuşa şəhəri 8 may 1992-ci il tarixində ermənilər tərəfindən işğal olunub və 2020-ci ilin 8 noyabr tarixində Azərbaycan ordusu tərəfindən işğaldan azad olunub.

Həmçinin oxuyun

Bu il Mərkəzi Bank banklara 2,3 milyard dollardan çox valyuta satıb

Bu gün – 25 aprel tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya …