Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / İqtisadiyyat / Qərb Türkiyənin gözünü qorxudur – Rus kəşfiyyatçı

Qərb Türkiyənin gözünü qorxudur – Rus kəşfiyyatçı

Qərb İŞİD terror qruplaşması vasitəsilə müstəqil siyasət yürüdən və Rusiya ilə yaxınlaşmağa çalışan Türkiyəni qorxutmağa çalışır.

Bu sözləri təqaüddə olan rusiyalı kəşfiyyatçı, general Aleksandr Qurov “Sputnik”ə açıqlamasında deyib.

General qeyd edib ki, ABŞ və Avropa Türkiyənin bölgədə güclü dövlətə çevrilməsini istəmir:

“Türkiyə bu gün Rusiya ilə yaxından siyasət yürüdür. Xüsusilə Yaxın Şərqdə. Təbii ki, bu da bəzilərini narahat edir. Ankara və Moskva İŞİD-ə qarşı birgə mübarizə aparır. İŞİD indi Türkiyədən qisas almağa çalışır. Qərb də bu faktordan yaralanaraq Türkiyəyə mesaj verir: Sən kimin yanındasan? Beləliklə Qərb İŞİD üzərindən müstəqil siyasət yürüdən və Rusiya ilə yaxınlaşan Türkiyənin gözünü qorxutmağa çalışır”.

Həmçinin oxuyun

Xudafərinin iqtisadi və geosiyasi əhəmiyyəti… (ŞƏRH)

Azərbaycan Ordusunun ardıcıl qələbəsi nəticəsində Xudafərin körpüləri işğaldan azad olunub. Bununla Azərbaycan tarixi torpağına qovuşmaqla …

Bir cavab yazın