Cümə , Aprel 26 2024
Ana səhifə / İqtisadiyyat / Putin: “Mən toyuq kimi pəncəylə yazıram”

Putin: “Mən toyuq kimi pəncəylə yazıram”

Rusiya prezidenti Vladimir Putin bloknotda etdiyi şəxsi qeydlərini oxuya bilməyib və bunu pis xətlə izah edib.

RİA Novosti bildirir ki, Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının qurultayında çıxış edən biznesmenlərin məruzələrini dinləyən dövlət başçısı irəli sürülən təklifləri və göstərilən təşəbbüsləri sonradan şərh etmək üçün müəyyən qeydlər aparıb.

Biznesmen Vladimir Potaninin çıxışından sonra isə, hansı ki, daha çox əmək məhsuldarlığı haqda danışıb, Putin öz qeydlərini dərhal oxuya bilməyib.

“Burada axşama qədər müzakirə etmək olar, amma yenə vaxt çatmayacaq. Əmək məhsuldarlığının və gəlirlərin artması haqda… Dünən yalnız bu mövzunu müzakirə etdilər. Bu, sizin dediyiniz kimi, nə üçün.., nə üçün əsas deyil? Pessimizm üçün. Mən toyuq kimi-pəncəylə elə yazmışam ki, özüm də oxuya bilmirəm. Məktəbdə olduğu kimi”, – Putin gülərək vurğulayıb. (Virtualaz.org)

Həmçinin oxuyun

Turist sayı nəyin hesabına artır?

Rəsmi açıqlama sərhədin COVİD-ə görə, Prezident təhlükəsizlik səbəbindən bağlı qaldığını deyir Bu ilin ilk üç …

Bir cavab yazın