Şənbə , Aprel 27 2024
Ana səhifə / İqtisadiyyat / Prezident və ailəsini mühafizə edən polislər saxlanıldı — Türkiyədə şok həbs dalğası

Prezident və ailəsini mühafizə edən polislər saxlanıldı — Türkiyədə şok həbs dalğası

Dünən Türkiyənin 81 vilayətinin polis idarəsində FETÖ əməliyyatı çərçivəsində 9 min 103 polis əməkdaşı saxlanılıb.
Saxlanılanlar arasında prezident və ailə üzvlərini mühafizə edən və təhlükəsizliyindən məsul olan 19 polis əməkdaşı da var.
Saxlanılan polis sayının çoxluğu diqqət çəkib.
Prezident mühafizə idarəsindən 9 nəfər rütbəli polis əməkdaşı işdən çıxarılıb və FETÖ-çu olduqları məlum olub.
10 nəfər polis məmurunun da saxlanılması ilə prezident mühafizə idarəsindən çıxarılan polislərin sayı 19-a çatıb.
FETÖ-çu olduğu iddia edilən polislər prezident və ailə üzvlərini mühafizə etməklə mükəlləfdirlər. Bu şöbədə çalışanlar prezident sarayı və evi, prezidentin olduğu bütün bina və müəssisələrin təhlükəsizliyini təmin edir.
Ölkə.Az

Həmçinin oxuyun

Bakıda ailə ilə şam yeməyi 200 manata başa gəlir

Türkiyədə kafe və restoranlarda menyu qiymətlərinin yüksək olması böyük etirazlara səbəb olub. Ötən həftədən etibarən …

Bir cavab yazın