Bazar , Noyabr 17 2019
Ana səhifə / İqtisadiyyat / PKK-ya dəstək verən ölkələr – MKİ hesabatı…

PKK-ya dəstək verən ölkələr – MKİ hesabatı…

Son dövrdə ortaya çıxan Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) sənədlərində Suriyanın terror təşkilatı PKK-ya hər cür dəstəyi təmin etdiyi bildirilib. 
MKİ-nin sənədlərində 1980-ci illərin əvvəlindən etibarən adı keçməyə başlayan terror təşkilatı PKK haqqında ətraflı məlumatlar gözə dəyib.
PKK-nın ideoloji və təşkilati quruculuğunun da yer aldığı çoxsaylı sənəd və hesabatda təşkilata dəstək olan ölkələr haqqında da məlumat verilib.
MKİ sənədlərində İran-İraq müharibəsinin dalana girməsi nəticəsində  əldə etdiyi xarici yardımlarda artım təmin edən terror təşkilatı PKK-nın həyatda qalması üçün geniş ölçüdə xarici dəstəyə ehtiyac duyduğu qeyd olunub. PKK-ya yardım edən ölkələrin başında isə Suriya qarşıya çıxır.
Suriyanın paytaxtı Dəməşqdəki ABŞ səfirliyindən gələn məlumatlara əsaslanan iyun 1985-ci il tarixli “Çox Gizli” damğalı bir hesabatda Suriya rejiminin tikintisinə 1983-ci ildə başlanan Atatürk Su Anbarına görə narahat olduğu bildirilib.
Hesabatda, “Suriyanın Türkiyə münaqişə yaşadığı məsələlərdə təzyiq altında saxlamaq üçün PKK-nı dəstəklədiyi” məlumatı yer alıb.
PKK-ya xarici dəstək
MKİ terror təşkilatı PKK haqqında 1985-ci il avqustun 26-da 12 səhifəlik bir başqa hesabat daha hazırlayıb. Hesabatda PKK terrorunun tarixi, təşkilatın ideoloji quruculuğu, Türkiyənin kürd məsələsinə baxışı və terror hücumları ilə yanaşı, PKK-ya qarşı “Xarici Dəstək” başlıqlı bölüm diqqət çəkir.
Bu hissədə PKK-ya dəstək verən ölkələr haqqındakı hesabatda yer alan məlumatların böyük əksəriyyətinin MKİ tərəfindən senzuraya məruz qaldığı gözə dəyir. PKK-nın Şimali İraqda fəal olduğu və İran tərəfindən dəstəklənən Kürd Hizb İslam partiyası ilə ittifaq içində olduğu bildirilir.
Həmin hesabatda Ankaranın PKK-ya edilən xarici dəstək haqqındakı narahatlıqlarına yer verilərək, Suriya ilə yanaşı, Liviyanın da PKK-ya bilvasitə dəstək olduğu məlumatı bölüşdürülüb.
Türkiyənin haqlı əsasları
MİK-in 1986-cı il fevralın 12-də “Suriya Təhdidi” başlığı ilə hazırladığı bir başqa sənəddə də Türkiyə və Suriya arasındakı əlaqələr haqqında məlumatlar bölüşdürülərkən, iki ölkə arasında siyasi fərqlərin hər an “ciddi bir ölçü” qazana biləcəyi ifadə edilir.
Hesabatın “Terror problemi” başlıqlı hissəsində Suriya rəhbərliyinin SSRİ-nin dəstəyi ilə kürd və ermənilər başda olmaqla Türkiyə əleyhinə terror təşkilatlarına yardım etdiyinə qarşı Türkiyənin məlumat ötürdüyü bildirilir.
Hesabatda həmçinin Suriyanın İraqda da PKK-ya yardım etdiyi bildirilir: “Suriya İraqdakı PKK faktorlarına çox dəstək olur və Suriya hökuməti İraqdakı kürdlərin Türkiyədəki PKK faktorlarına yardım etməsini əngəlləmək istəsə də, bunu etməkdə çətinlik çəkir”.(modern.az)

Həmçinin oxuyun

Azərbaycan buğda idxalını kəskin artırıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 294 984,97 min ABŞ dolları dəyərində 1 371 021,99 ton …

Bir cavab yazın