Şənbə , Yanvar 23 2021
Ana səhifə / İqtisadiyyat / PKK terrorçuları çılpaq vəziyyətdə türk əsgərinə təslim olublar

PKK terrorçuları çılpaq vəziyyətdə türk əsgərinə təslim olublar

Terrorçular: Biz sizə güvənərək, canımızı Türkiyə Cümhuriyyətinə təlsim etdik

Türkiyənin Diyarbəkir əyalətinin Sur rayonunda terrorçu PKK-nın bir qrup silahlısı çılpaq vəziyyətdə türk əsgərlərinə təslim olub.
“Report” xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.
Məlumata görə, gizləndikləri yerdən qaçaraq, əsgərlərə təslim olan terrorçular təmsil etdikləri qruplaşmanın qüvvəsinin tükənmək üzrə olduğunu etiraf ediblər.
“Əvvəllər qruplaşmadan qaçaraq təslim olanlara yardım etdiyiniz, yaralıları müalicə etdirdiyiniz üçün bu addımı atdıq. Qruplaşmadakıların hamısı təslim olmaq istəyirlər. Biz sizə güvənərək, canımızı Türkiyə Cümhuriyyətinə təslim etdik. Silahsız və etibarlı olduğumuza inanmağınız üçün paltarlarımızı soyunduq”, – deyə terrorçular vurğulayıb.

Həmçinin oxuyun

Ötən il azərbaycanlılar Türkiyədə 1279 ev alıb

2020-ci ildə Azərbaycan vətəndaşları Türkiyədə 1279 daşınmaz əmlak alıb. Türkiyə Statistika Komitəsi bildirir ki, ötən …

Bir cavab yazın