Şənbə , Aprel 27 2024
Ana səhifə / İqtisadiyyat / “Paşa Holdinq”in işlətdiyi məşhur kafe brendi Azərbaycanı tərk edir?

“Paşa Holdinq”in işlətdiyi məşhur kafe brendi Azərbaycanı tərk edir?

Bakıda fəaliyyət göstərən “Hard Rock Cafe” bağlanıb.
Bu barədə kafe əməkdaşları İqtisadiyyat.az-a bildiriblər.
Məlumatda qeyd olunur ki, obyektin bağlanmasının səbəbi məlum deyil: “Kafe sahibləri artıq Azərbaycanı tərk ediblər. Bundan sonra brend dəyişikliyi olacaq, kafe başqa adla fəaliyyət göstərəcək. Hələlik təmir və yenidənqurma işləri aparılır”.
Qeyd edək ki, “Hard Rock Cafe” kafe-barı ilk dəfə amerikalı Ayzek Tayqret və Piter Marton tərəfindən 1971-ci ildə Londonda, “Rolls-Royce” avtomağazasının yerləşdiyi məkanda yaradılıb. 2015-ci ilin iyul ayında dünyanın 50 ölkəsində 288-dən çox “Hard Rock Cafe”nin fəaliyyət göstərdiyi qeyd olunub.
Onu da bildirək ki, Bakıdakı “Hard Rock Cafe” “Paşa Holdinq”in tərkibində fəaliyyət göstərən “Saffron” Restoranlar Qrupuna daxil olub. “Saffron” Restoranlar Qrupu “Çinar”, “Sahil”, “Movida”, “Hard Rock Cafe”, “Laduree”, “Paris Bistro”, “Tosca”, “Pasifico”, “Buddha Bar”, “Elektra”   kimi məşhur 19 restoranı idarə edir.

Həmçinin oxuyun

Bakıda ailə ilə şam yeməyi 200 manata başa gəlir

Türkiyədə kafe və restoranlarda menyu qiymətlərinin yüksək olması böyük etirazlara səbəb olub. Ötən həftədən etibarən …