Bazar ertəsi , İyun 24 2019
Ana səhifə / İqtisadiyyat / Orucluqda boşanmaq qadağan edildi – Rəsmi

Orucluqda boşanmaq qadağan edildi – Rəsmi

Fələstinin İordan çayının Qərb sahilindəki torpaqları üzrə baş hakimi Mahmud əl-Habbaş bütün Ramazan ayı boyunca məhkəmələrdə hər hansı bir ailənin boşanmasının qeydə alınmaması haqda göstəriş verib.

Moderator.az xəbər verir ki, bu haqda “Əl-Ərəbiyə” nəşri yazıb. Hakim qərarını ötən illərin təcrübəsi ilə izah edib. Onun fikrincə, insanlar oruc olmaları, siqaret çəkə bilməmələri səbəbindən bəzən emosiyalara qapılaraq tələsik və ölçülüb-biçilməmş qərarlar verirlər. Bu da boş yerə ailələrin dağılmasına gətirib çıxarır.
Xəbərdə xatırladılır ki, sözügedən qərar “HAMAS” hərəkatının idarəçiliyində olan Qəzza Sektoruna aid deyil.

Həmçinin oxuyun

Qızılın qiyməti 6 illik rekordu yeniləyib

Dünya bazarında qızılın 1 unsiyasının qiyməti 6 illik fasilədən sonra ilk dəfə 1 400 ABŞ …

Bir cavab yazın