Cümə , Aprel 26 2024
Ana səhifə / İqtisadiyyat / Ölkədə bu məhsulun istehsalının artımı gözlənilir

Ölkədə bu məhsulun istehsalının artımı gözlənilir

Azərbaycanda nar istehsalı və ixracının artımı gözlənilir.
Trend-in məlumatına görə, bunu jurnalistlərə Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının rəhbəri Fərhad Qaraşov deyib.
F.Qaraşovun sözlərinə görə, bu il ölkədə nar istehsalı və ixracının ötən illə müqayisədə 20-25 faiz artımı gözlənilir.
Assosiasiya rəhbəri qeyd edib ki, 2017-ci ildə ölkədə 165 min ton nar istehsal olunub, ixracdan əldə edilən gəlir isə 10 milyon dollar təşkil edib. Assosiasiya rəhbərinin sözlərinə görə, məhsul əsasən MDB və Avropa ölkələrinə, eləcə də az miqdarda ABŞ və Avstraliyaya ixrac edilib:
“Bu il biz nar istehsalının 190-200 min tona çatacağını gözləyirik”.
F.Qaraşov əlavə edib ki, Assosiasiya müxtəlif xarici missiyalarda, beynəlxalq sərgilərdə iştirak edir:
“Assosiasiya üzvləri öz məhsullarını xaricdə nümayiş etdirmək, eləcə də ixrac coğrafiyasını genişləndirmək imkanına malikdir”.

Həmçinin oxuyun

Bu il Mərkəzi Bank banklara 2,3 milyard dollardan çox valyuta satıb

Bu gün – 25 aprel tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya …