Cümə , Aprel 26 2024
Ana səhifə / İqtisadiyyat / Obamadan gözlənilməz qərar: Neftin hər barrelinə 10 dollar vergi!

Obamadan gözlənilməz qərar: Neftin hər barrelinə 10 dollar vergi!

ABŞ prezidenti Barak Obama xam neftin hər barrelinə görə 10 dollar vergi tutulmasını istəyir. Ağ Evin rəhbəri bu təklifini gələn həftə – 2017-ci il büdcəsinin müzakirəsi zamanı rəsmən elan edəcək.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, 10 dollarlıq vergi hazırkı neft qiymətinin üçdə biri deməkdir. Bu həm də o deməkdir ki, bu yolla hər il xəzinəyə onmilyardlarla vəsait daxil olacaq.

Obama bu vəsaitin 20 milyardının infrastruktur layihələrinə, 2 milyardının ekoloji cəhətdən təmiz nəqliyyat vasitələri ilə bağlı araşdırmalara yönəldilməsini təklif edir.  

Respublikaçıların çoxluqda olduğu ABŞ Konqresinin bu təklifi böyük ehtimalla rədd edəcəyi gözlənilir.

Yerli neft şirkətləri isə prezidentin bu fikirlərini heyrətlə qarşılayıblar. «WTRG Economics» konsaltinq şirkətinin analitiki Ceyms Vilyams «Reuters»ə açıqlamasında Obamanın ideyasını sərt tənqid edib.«İstehza edirsiz?» deyə, analitik Obamaya sual edib.

Ekspertlər hesab edir ki, ABŞ hökuməti bu yolla ölkə iqtisadiyyatının neftdən asılılıq dərəcəsinin aşağı salınması və alternativ enerji mənbələrini inkişaf etdirməklə bağlı müzakirələri gündəmə gətirmək istəyir.

Həmçinin oxuyun

Turist sayı nəyin hesabına artır?

Rəsmi açıqlama sərhədin COVİD-ə görə, Prezident təhlükəsizlik səbəbindən bağlı qaldığını deyir Bu ilin ilk üç …

Bir cavab yazın