Şənbə , Aprel 27 2024
Ana səhifə / İqtisadiyyat / Obama Ollandı səfirliyin damından dinləyirmiş

Obama Ollandı səfirliyin damından dinləyirmiş

ABŞ Fransa prezidentlərinin telefon danışıqlarını Parisdəki səfirliyin damında yerləşdirilən son texnologiyalar əsasında hazırlanan avadanlıqlarla dinləyirmiş.
AzVision.az-ın məlumatına görə, bu barədə Fransalı jurnalist Jan-Mark Manaşın yaydığı xəbərdə deyilir. Onun sözlərinə görə, ABŞ səfirliyinin yaxınlığında Yelisey sarayı, Fransa Xarici İşlər Nazirliyi və parlament binası yerləşir.
Buna görə, on il bundan öncə Amerika səfirliyi binasının damında təmir işləri aparılıb və nəticədə orada əlavə mərtəbəyə bənzər tikili əmələ gəlib.
Ehtimal olunur ki, xüsusi materiallardan hazırlanan tikilinin içərisində telefon danışıqlarını dinləməyə imkan verən avadanlıqlar qoyulub və orada Federal Təhlükəsizlik Bürosunun əməkdaşları işləyib.

 

Həmçinin oxuyun

Bakıda ailə ilə şam yeməyi 200 manata başa gəlir

Türkiyədə kafe və restoranlarda menyu qiymətlərinin yüksək olması böyük etirazlara səbəb olub. Ötən həftədən etibarən …

Bir cavab yazın