Ana səhifə / İqtisadiyyat / Neftin qiyməti 113 dollar oldu

Neftin qiyməti 113 dollar oldu

Martın 3-də Brent markasından olan neftin qiyməti bir qədər də qalxaraq bir barrel üçün 113 dollar olub.

Bu, 2014-cü ilin iyunundan bəri ən yüksək qiymətdir. Bu arada treyderlər ən böyük qiymət güzəştinə baxmayaraq Rusiya neftini satmaqda çətinlik çəkirlər.

BBC yazır ki, bu, Rusiyanın Ukraynaya hücumu ilə bağlı daşıma və ödənişdə yaranmış çətinliklərlə bağlıdır. Britaniyada mənzillənmiş Energy Aspects konsaltinq firmasının hesablamasına görə hazırda Rusiyanın bazara çıxardığı neftin 70 faizi müştərisiz qalıb.

Məsələn, martın 1-də neft treyderi Trafigura bir tanker Rusiya neftinin qiymətindən 18.60 dollar güzəşt etsə də, üzərinə risk götürən müştəri tapa bilməyib.

Həmçinin oxuyun

İlin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

Təxminən ilin ortalarında hökumət ötən dövrün, yəni dörd ayın nəticələrini nəzərdən keçirir. Hələlik nəticələr pis …