Ana səhifə / İqtisadiyyat / Neft Fondunun gəlirləri azalıb

Neft Fondunun gəlirləri azalıb

2023-cü ilin 9 ayında Azərbaycan Dövlət Neft Fondunun “Azəri-Çıraq-Günəşli” yatağından gəlirləri 5 milyard 234 milyon dollar təşkil edib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 30,5 faiz azdır.

Ötən ilin 9 ayında AÇG-dən Fonda 7 milyard 528 milyon dollar daxil olmuşdu. 9 ayda Neft Fondunun “Şahdəniz” qaz-kondensat yatağından gəliri 1 milyard 183 milyon dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nəzərən 2,2 faiz azdır. “Şahdəniz”dən gəlirlərin 259,554 milyon dolları kondensat satışından daxil olub. Burada isə azalma 21 faiz təşkil edib.

Həmçinin oxuyun

İlin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

Təxminən ilin ortalarında hökumət ötən dövrün, yəni dörd ayın nəticələrini nəzərdən keçirir. Hələlik nəticələr pis …