Cümə , Aprel 26 2024
Ana səhifə / İqtisadiyyat / NATO Kiyevdə hərbi parad keçirəcək

NATO Kiyevdə hərbi parad keçirəcək

NATO-ya üzv ölkələrin ordularının nümayəndələri avqustun 24-ü Ukraynanın müstəqilliyinin 26-cı ildönümü münasibəti ilə Kiyevdə keçiriləcək hərbi parada qatılacaq.

TASS xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Stepan Poltorak bildirib.

“Bu il bizim tərəfdaşlarımızın böyük əksəriyyəti Ukraynanın müstəqillik günü ilə bağlı paradda iştirak etmək istədiklərini bildirdi. Alyansın silahlı qüvvələrinin nümayəndələri bizimlə birgə olacaq”, – deyə nazir qeyd edib.

Onun sözlərinə görə, Kiyev NATO-ya üzv 29 ölkədən iştirakçı qəbul etməyə hazırdır. Hələlik altı ölkə öz iştirakını təsdiqləyib. Xarici qonaqlarla yanaşı, hərbi paradda təxminən 4,5 min Ukrayna hərbçisi iştirak edəcək.

Həmçinin oxuyun

Turist sayı nəyin hesabına artır?

Rəsmi açıqlama sərhədin COVİD-ə görə, Prezident təhlükəsizlik səbəbindən bağlı qaldığını deyir Bu ilin ilk üç …

Bir cavab yazın