Cümə , Aprel 26 2024
Ana səhifə / İqtisadiyyat / Myanmadan qaçan müsəlmanlar ölümdən qaça bilmədi – Qayıq suya qərq oldu

Myanmadan qaçan müsəlmanlar ölümdən qaça bilmədi – Qayıq suya qərq oldu

Banqladeş sahillərində Rohinca müsəlmanlarını daşıyan qayıq batıb.

Trend-in məlumatına görə, Banqladeş sahil-mühafizə xidmətinin əməkdaşları azı 20 meyiti sudan çıxarıb.

Qayıqdakıların böyük əksəriyyəti qadın və uşaqlar olub.

Rohinca müsəlmanları Myanmada davam edən münaqişə ilə əlaqədar Banqladeşə qaçmağa çalışır.

Ötən həftənin sonundan Banqladeşə 18 mindən çox Rohinca müsəlmanı keçib.

Qeyd edək ki, avqustun 25-dən Arakan vilayətində Myanma hərbçilərinin “təhlükəsizlik əməliyyatı” zamanı 2 mindən çox müsəlman qətlə yetirilib, 100 mindən çoxu isə evlərini tərk etməyə məcbur olub.

Həmçinin oxuyun

Turist sayı nəyin hesabına artır?

Rəsmi açıqlama sərhədin COVİD-ə görə, Prezident təhlükəsizlik səbəbindən bağlı qaldığını deyir Bu ilin ilk üç …

Bir cavab yazın