Cümə , Aprel 26 2024
Ana səhifə / İqtisadiyyat / Müəmmalı Madımak qətliaından 22 il keçir VİDEO

Müəmmalı Madımak qətliaından 22 il keçir VİDEO

2 iyul 1993-cü il tarixində, Sivas şəhərində “Madımak” otelinin yandırılması nəticəsində 37 nəfər həyatını itirmişdi.

Bu dəhşətli faciədən 22 il keçir. 1993-cü ilin 2 iyulunda Pir Sultan Abdal şənliklərində iştirak etmək üçün Sivas şəhərinə ölkənin müxtəlif bölgələrindən qonaqlar dəvət olunmuşdu.
Aralarında Əziz Nesin də olduğu bir çox sənət və söz adamı Sivas meri Ahmet Karabilginin dəvəti ilə şənliklərdə iştirak etmək üçün Sivas şəhərinə gəlmişdilər. Bu zaman radikal islamçılar tərəfindən aksiyalar keçirildi. Etirazçılar “Madımak” otelinin qarşısına yığışdılar. Əvvəlcə otelin qarşısındakı maşınlara od vuruldu, sonradan otelin birinci mərtəbəsində yanğın törətdilər. Bir anda yanğın bütün binanı bürüdü və nəticədə oteldə dəhşətli yanğın hadisəsi baş verdi. 37 nəfər otelin içərisində yanaraq, tüstüdən boğularaq can verdi. Hadisə nəticəsində, 33 qonaq, 2 otel işçisi, 2 etirazçı həyatını itirdi.

Aralarında Əziz Nesinin də olduğu 51 nəfər ağır yaralar alaraq xəstəxanaya qaldırıldı. Başından yaralanan Əziz Nesin ölümdən son anda yanğınsöndürənlər qurtardı.

33 nəfər edam cəzası… Hadisənin günahkarlarının məhkəməsi keçirildi. 33 nəfərə edam cəzası verildi. 14 nəfər 15 il, 54 nəfər isə 3 il həbsə məhkum edildi. 33 nəfərə edam cəzasının verilməsi ilə İstiqlal Məhkəmələrindən sonra ilk dəfə idi ki, Türkiyə Cümhuriyyəti tarixində bu sayda insana edam cəzası verildi.

Onu da qeyd edək ki, bu gün Sivasda çox sayda millət vəkillərinin də iştirakı ilə anım tədbiri keçiriləcək.

Həmçinin oxuyun

Turist sayı nəyin hesabına artır?

Rəsmi açıqlama sərhədin COVİD-ə görə, Prezident təhlükəsizlik səbəbindən bağlı qaldığını deyir Bu ilin ilk üç …

Bir cavab yazın