Cümə , Aprel 26 2024
Ana səhifə / İqtisadiyyat / Moskva Ankaraya çağırış etdi

Moskva Ankaraya çağırış etdi

“Türkiyə xalqı və hakimiyyəti mövcud problemi zorakılıq olmadan həll etməlidir”
Moskva Türkiyənin qanuni seçilmiş hakimiyyəti ilə işləməyə hazır olduğunu bəyan edib.

ANS PRESS-in məlumatına görə, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin saytında dərc olunmuş bəyanatında deyilir.

“Biz Türkiyə Respublikasının qanuni seçilmiş rəhbərliyi ilə konstruktiv işləməyə hazır olduğumuzu təsdiq edirik. Bunu biz ikitərəfli münasibətlərin inkişafı üçün ölkələrimizin xalqlarının rifahı naminə, səmərəli yolların axtarışı, aktual beynəlxalq məsələlərin həlli, terrorizm təhlükəsinə qarşı mübarizə naminə edirik”, – deyə bəyanatda bildirilir.

Moskvada Türkiyə xalqını və hakimiyyətini mövcud problemi zorakılıq olmadan, konstitusiyaya hörmət edərək, həll etməyə çağırıblar.

Həmçinin oxuyun

Turist sayı nəyin hesabına artır?

Rəsmi açıqlama sərhədin COVİD-ə görə, Prezident təhlükəsizlik səbəbindən bağlı qaldığını deyir Bu ilin ilk üç …

Bir cavab yazın