Şənbə , Aprel 27 2024
Ana səhifə / İqtisadiyyat / Mərkəzi Bank 42 mln. dollara yaxın zərər ETDİ

Mərkəzi Bank 42 mln. dollara yaxın zərər ETDİ

Qlobal maliyyə bazarlarında müşahidə olunan əlverişsiz mühit Mərkəzi Bankın valyuta ehtiyatlarının idarə edilməsinin nəticələrinə də təsirsiz ötüşməyib.

Bu barədə Mərkəzi Bankın 2022-ci il üzrə illik hesabatında məlumat verilib.

Belə ki, aparıcı mərkəzi bankların siyasət faiz dərəcələrini kəskin artırması fonunda qlobal borc qiymətli kağızların bütün seqmentləri üzrə qiymətlər düşüb. Yüksələn bazar faiz dərəcələri Mərkəzi Bankın investisiya portfelinin əhəmiyyətli hissəsini təşkil edən qısamüddətli maliyyə alətlərinin daha yuxarı faizlə yenidən investisiyasına imkan yaratmaqla faiz gəlirlərini artırsa da, nisbətən uzunmüddətli perspektiv üçün investisiya edilən risksiz və yüksək kredit keyfiyyətli borc qiymətli kağızları üzrə realizə olunmamış yenidənqiymətləndirmə zərərlərinin yaranmasına səbəb olub.

Nəticədə, 2022-ci ilin sonuna Mərkəzi Bankın valyuta aktivlərinin idarə edilməsindən xalis gəlirlər 41,8 mln. ABŞ dolları azalmaqla, gəlirlilik isə – 0.53% təşkil edib.

Hesabatda bildirilir ki, yüksələn bazar faiz dərəcələri növbəti illərdə Mərkəzi Bankın valyuta aktivlərinin idarə edilməsindən əldə olunacaq gəlirlərin əhəmiyyətli artırılmasına imkan verəcək. Ötən il Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 1.9 mlrd. ABŞ dolları və ya 27% artaraq 9.0 mlrd. ABŞ dolları təşkil edib. Daxili bazardan valyuta alışları valyuta ehtiyatlarına artırıcı, əsasən məzənnə fərqi isə azaldıcı təsir göstərib.

Həmçinin oxuyun

Bu il Mərkəzi Bank banklara 2,3 milyard dollardan çox valyuta satıb

Bu gün – 25 aprel tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya …