Cümə , Aprel 26 2024
Ana səhifə / İqtisadiyyat / “Mənə 30-dan çox qadın təklif etdilər” -FETÖ-çu zabit

“Mənə 30-dan çox qadın təklif etdilər” -FETÖ-çu zabit

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah polkovniki Göyxan Əski FETÖ üzvlərinin ailə qurması məsələsi ilə bağlı ifadə verib.
 FETÖ-çu zabit 2010-cu ildə təşkilatdakı “qardaşlar”ının (abilər – red.) razılığı olmadan nişanlandığı üçün təzyiqlərə məruz qaldığını deyib. Polkovnikin sözlərinə görə, onu sevdiyi xanımdan ayrılıb, FETÖ üzvü bir qadınla ailə qurmağa məcbur ediblər:
“2010-cu ildə ilk həyat yoldaşımdan boşanıb, bir qadınla nişanlandım. Ancaq həmin xanım camaat üzvü olmadığı üçün təşkilatdakı “qardaşlar”ım bizi ayırmaq istədi. FETÖ nişanlımdan boşanıb evlənməyim üçün mənə 30-dan çox qadın təklif etdi. Müxtəlif vaxtlarda məni bir neçə qadınla görüşdürdülər, ancaq heç birini qəbul etmədim”.(Axar.az)

Həmçinin oxuyun

Turist sayı nəyin hesabına artır?

Rəsmi açıqlama sərhədin COVİD-ə görə, Prezident təhlükəsizlik səbəbindən bağlı qaldığını deyir Bu ilin ilk üç …

Bir cavab yazın