Cümə , Aprel 26 2024
Ana səhifə / İqtisadiyyat / Kipr danışıqları dayandırıldı

Kipr danışıqları dayandırıldı

Birləşmiş Millət Təşkilatının (BMT) Kipr üzrə səfiri Espen Barth Kipr adasının yunan və türk tərəfinin birləşməsinə dair keçirilən görüşlərin davam etdirilməsini dayandırdığını elan edib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, səfir yazılı açıqlamasında qeyd edib ki, BMT baş katibinə bununla bağlı məlumat verəcək, habelə baş katibin tövsiyyələrini alacaq.

Qeyd edək ki, Espen Barthrum yunan və türk tərəfinin Cenevrədə təkrar sülh danışıqlarına başlaması üçün cəhdlər göstərib. Ancaq tərəflər danışıqların mövzusu barədə razılığa gəlməyib.

Qeyd edək ki, artıq Quzey Kıbrız Türk Cümhuriyyətinin prezidenti Mustafa Akıncı bəyan edib ki, Kiprin rum tərəfinin rəhbərliyinin ön şərtlərini qəbul etmək zorunda deyil.

Prezident həmçinin əlavə edib ki, BMT baş katibinin xüsusi nümayəndəsinin danışıqlarla bağlı diplomatiyası nəticə verməyib.

Həmçinin oxuyun

Turist sayı nəyin hesabına artır?

Rəsmi açıqlama sərhədin COVİD-ə görə, Prezident təhlükəsizlik səbəbindən bağlı qaldığını deyir Bu ilin ilk üç …

Bir cavab yazın