Cümə , Aprel 26 2024
Ana səhifə / İqtisadiyyat / Kiçik və orta biznesin inkişafı üçün nələr edilməlidir – ŞƏRH

Kiçik və orta biznesin inkişafı üçün nələr edilməlidir – ŞƏRH

Kiçik və orta biznesin inkişafı Azərbaycan iqtisadiyyatının gələcək inkişafı üçün vasitədir. Bunu Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Mersi Tembon bildirib.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a deyir ki, ölkədə kiçik və orta biznesin xüsusi çəkisi iqtisadi proseslərdə hələ arzuolunan səviyyədə deyil:

“Hazırkı şəraitdə ölkədə kiçik və orta biznesin inkişafı istiqamətində makroiqtisadi tənzimləmə addımları atılmalıdır. Bu ilk növbədə ölkədə həyata keçirilən pul-kredit siyasəti ilə bağlıdır. Yəni, kredit təşkilatlarının, xüsusən də bankların kiçik və orta sahibkarlıq sferasına, ümumilikdə qeyri-neft sektoruna maliyyə resurslarının yönləndirilməsi istiqamətində ciddi addımlar atılmalıdır. Hesab edirəm ki, ölkədə pul-kredit siyasətinin yumşaldılması, Mərkəzi Bankın uçot dərəcəsinin aşağı salınması və kommersiya banklarının passivlərində və aktivlərində islahatlar aparılması lazımdır”.

Həmçinin oxuyun

Turist sayı nəyin hesabına artır?

Rəsmi açıqlama sərhədin COVİD-ə görə, Prezident təhlükəsizlik səbəbindən bağlı qaldığını deyir Bu ilin ilk üç …