Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / İsa Həbibbəyli: Təhsillə bağlı yeni qanun layihəsinin hazırlıqlarına başlanılıb

İsa Həbibbəyli: Təhsillə bağlı yeni qanun layihəsinin hazırlıqlarına başlanılıb

“Ali təhsil haqqında” qanun layihəsinin hazırlıqlarına başlanılıb.

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin (MM) Elm və təhsil komitəsinin sədri, akademikİsa Həbibbəyli deyib.

“Elm və təhsil komitəsi olaraq növbəti layihə kimi “Ali təhsil haqqında” qanun layihəsini hazırlayacağıq.

Qeyd edim ki, ümumi orta təhsillə bağlı qanun layihəsi ikinci oxunuşdan keçib və martın 29-da keçirilən növbəti plenar iclasda artıq sənəd sonuncu – üçüncü oxunuşda müzakirələrə çıxarılıb qəbul olunacaq. Biz həmin qanun layihəsinin nəticələnməsini gözləyirdik.

Lakin bununla belə, biz indidən yeni qanun layihəsinin hazırlıqlarına başlamışıq”, – deyən İ.Həbibbəylinin sözlərinə görə, adıçəkilən komitənin üzvləri və əməkdaşları ali təhsil sahəsində dünya təcrübəsini öyrənir, lazımi sənədləri əldə edir, ölkə reallıqlarına aid müşahidələr aparır, pedaqoji ədəbiyyatı mütaliədən keçirir. 

“Hesab edirəm ki, yaz aylarında – aprel və ya mayda “Ali təhsil haqqında” qanun layihəsinin hazırlanması ilə bağlı İşçi qrupunu yaradıb, daha konkret işə başlayacağıq. Həmin qanun layihəsini Milli Məclisin payız sessiyasında gündəliyə daxil etməyi daha məqsədəuyğun hesab edirik.

Bununla da 2009-cu ildə qəbul olunan “Təhsil haqqında” qanunda öz əksini tapmış təhsilin bütün pillələri ilə bağlı qanun layihələrini ölkə ictimaiyyətinə, elm və təhsil işçilərinə təqdim etmiş olacağıq”, – deyə komitə sədri əlavə edib.

Həmçinin oxuyun

“Baboşlar efirə çıxarılır, kişi kişiylə evlənir, çünki…” – Rasim Balayev

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev  “TV Müsavat”-a müsahibə verib. AKİ sədri  ittifaq …