Cümə , Aprel 26 2024
Ana səhifə / İqtisadiyyat / Keçmiş dövlət katibinin yazışmaları yayıldı: “Hillari görməmişdir, əri də yenə qızlarla əylənir…”

Keçmiş dövlət katibinin yazışmaları yayıldı: “Hillari görməmişdir, əri də yenə qızlarla əylənir…”

Hakerlər ABŞ-ın keçmiş dövlət katibi, silahlı qüvvələrin Birləşmiş qərargahının keçmiş rəisi, general Kolin Pauellin elektron yazışmalarını ələ keçirərək internetdə yerləşdirib.

Belə ki, keçmiş dövlət katibinin elektron poçtunun Rusiyadan dəstəklənən hakerlər tərəfindən ələ keçirildiyi təxmin edilir. Onun yazışmaları bu yaxınlara qədər məlum olmayan DCLeaks saytında yerləşdirilib. 

Bu sayt “yüksək rütbəli rəhbərlərin və onların nüfuz agentlərinin” ələ keçirilmiş məlumatlarını yaymaqla məşğuldur. Saytda onun amerikalı hakerlər tərəfindən yaradıldığını göstərsələr də mütəxəssislə müəyyən ediblər ki, onun qeydiyyat məlumatları və hostinq məlumatları Rusiya hərbi kəşfiyyatı QRU-ya bağlı Fancy Bear haker qrupunun məlumatları ilə üst-üstə düşür.

“The Washington Post” qəzetinin yazdığına görə Kolin Pauellin ələ keçirilmiş elektron məktublarından sonuncusu ötən ay göndərilib. Keçmiş dövlət katibi dostları ilə yazışmada prezidentliyə namizədlər Donald Trampa və Hillari Klintona da münasibətini əks etdirir.  Onun sözlərinə görə, Tramp “milli rüsvayçılıq və beynəlxalq nankordur”, Obamanın prezidentliyini şübhə altına alan “rasist” hərəkatı dəstəkləyir.

Hillari Klinton isə keçmiş dövlət katibinin yazdığına görə, görməmişin biridir, reformator deyil, özündən razılığı nəticəsində toxunduğunu alt-üst edir. Onun əri isə əvvəlki kimi Hillaridən ayrı qalan kimi evində qızlarla əylənir.“Mən ona səs verməzdim, hərçənd ki, dostumdur”-Kolin Pauell 2014-cü ildə Hillari Klintonun mümkün namizədliyi barədə yazıb.

Kolin Pauell keçmiş vitse-prezident Dik Çeynini və qızını yeni kitabları ətrafında hay-küy qaldırdıqlarına görə “idiotlar” adlandırır, habelə Müdafiə Nazirliyini İraqdakı hərbi kampaniyaya görə tənqid edir.

Pauellin mətbuat katibi yazışmaların həqiqiliyini təsdiqləyib. “Biz təsdiq edirik ki, generalın elektron poçtu sındırılıb və bunlar onun elektron yazışmalarıdır”-mətbuat katibi Peqqi Sifrino bildirib.

Xatırladaq ki, Pauellin poçtunun sındırılması Rusiyaya bağlı hakerlərin Amerika siyasətçilərinə ilk hücumu deyil. Bundan əvvəl hakerlər Demokratların Milli Komitəsinin elektron poçtundan məlumatları və yazışmaları ələ keçirib. Habelə ştatlardan birində səslərin sayılması sisteminə müdaxilə cəhdi olub. Amerika mətbuatı yazır ki, Rusiya Birləşmiş Ştatların siyasi sisteminə misilsiz haker hücumları həyata keçirərək prezident seçkilərinin nəticələrinə təsir göstərməyə çalışır.

Virtualaz.org

Həmçinin oxuyun

Turist sayı nəyin hesabına artır?

Rəsmi açıqlama sərhədin COVİD-ə görə, Prezident təhlükəsizlik səbəbindən bağlı qaldığını deyir Bu ilin ilk üç …

Bir cavab yazın