Cümə , Aprel 26 2024
Ana səhifə / İqtisadiyyat / İstanbul terrorunu Bəşər Əsədin kəşfiyyat orqanı hazırlayıbmış -ŞOK

İstanbul terrorunu Bəşər Əsədin kəşfiyyat orqanı hazırlayıbmış -ŞOK

Ötən gün İstanbulda qanlı terror aktı törədən terrorçu kamikadzenin son günlər görüşdüyü şəxslərin kimliyi müəyyənləşib.
Türkiyə təhlükəsizlik qüvvələri 7 nəfər suriyalı şübhəlini saxlayıb. Saxlanılanlar arasında terror aktından öncə kamikadze ilə İstanbula gələn 3 nəfər də var.
Araşdırma zamanı məlum olub ki, İstanbulda terror aktı törətmiş kamikadzenin görüşdüyü 3 nəfər Bəşər Əsədin “El Muhaberat” xüsusi xidmət orqanı ilə əməkdaşlı edirmiş. İstanbulun Sultan Əhməd meydanında törədilmiş terror aktında “RDX” və “TNT” qarışığı ilə hazırlanmış partlayıcıdan və 2 əl qumbarasından istifadə olunduğu da məlum olub.
İstanbul Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsi ələ keçirilən 7 nəfər suriyalını istintaq nəzarətinə götürüb. Hazırda onların dindirilməsi davam etdirilir.( publika.az)

Həmçinin oxuyun

Turist sayı nəyin hesabına artır?

Rəsmi açıqlama sərhədin COVİD-ə görə, Prezident təhlükəsizlik səbəbindən bağlı qaldığını deyir Bu ilin ilk üç …

Bir cavab yazın