Şənbə , Aprel 27 2024
Ana səhifə / İqtisadiyyat / İşsizlərə birdəfəlik ödənişlərin verilməsinə başlanılır – İlk tranş nazirliyə köçürülüb

İşsizlərə birdəfəlik ödənişlərin verilməsinə başlanılır – İlk tranş nazirliyə köçürülüb

Koronavirus pandemiyasının ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 mart 2020-ci il tarixli sərəncamına uyğun olaraq, Nazirlər Kabinetinin 4 aprel 2020-ci il tarixli qərarı ilə təsdiqlənən Tədbirlər Planının icrasını təmin etmək məqsədilə bu gün Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi tərəfindən işsiz kimi qeydiyyata alınan şəxslərə birdəfəlik ödəmənin verilməsi üçün 38,0 mln. manat həcmində ilk maliyyələşmə tranşı həyata keçirilib.

Bu barədə Maliyyə Nazirliyinin açıqlamasında bildirilir.

Həmin vəsait işsiz və işdən azad olunmuş şəxslərin məşğulluğu və sosial müdafiəsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan 200 min şəxsə yaşayış minimumu həcmində (190 manat) ödəniləcək.

Həmçinin oxuyun

Bu il Mərkəzi Bank banklara 2,3 milyard dollardan çox valyuta satıb

Bu gün – 25 aprel tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya …