Şənbə , Aprel 27 2024
Ana səhifə / İqtisadiyyat / İşıq pulu ödənişlərinə görə əlavə 1 manat tutulacaq – VİDEO

İşıq pulu ödənişlərinə görə əlavə 1 manat tutulacaq – VİDEO

Ödəmə terminallarında 1 manat xidmət haqqı tutulacaq.

Bu barədə “Milliön” müştəri xidmətlərinin rəhbəri Ülviyyə Əfəndiyeva “Xəzər” televiziyasının “Birinci studiya” verilişində deyib.

“Hazırda yalnız “Azərişıq” qeyri-əhali ödənişlərində müştərilərdən 1 AZN borcdan əlavə ödəmə olmalıdır. Bu xəbərdarlıq kimi bütün terminalların, aparatların üzərində həmin xidmətə daxil olaraq monitorda qeyd olunub.

Bu qərar “Milliön” və “Azərişıq” arasında qarşılıqlı razılaşma əsasında qəbul edilib. Bu yalnız “Milliön” köşklərinə şamil olunmur. Ümumi olaraq “Azərişıq” tərəfindən tətbiq olunan razılaşma əsasında rəqib şirkətlərə də şamil edilir”, – deyə Əfəndiyeva qeyd edib.

https://www.youtube.com/watch?v=yPgpGMTIH2k

Həmçinin oxuyun

Bakıda ailə ilə şam yeməyi 200 manata başa gəlir

Türkiyədə kafe və restoranlarda menyu qiymətlərinin yüksək olması böyük etirazlara səbəb olub. Ötən həftədən etibarən …