Şənbə , Aprel 27 2024
Ana səhifə / İqtisadiyyat / İradə Gülməmmədovanın klinikasının vergi borcu yarandı

İradə Gülməmmədovanın klinikasının vergi borcu yarandı

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi “Vimay-Med” MMC-ni məhkəməyə verib.


Pravda.az-ın əldə etdiyi məlumata görə, bu barıdı İdarə Bakı Kommersiya Məhkəməsinə müraciət edib.


Belə ki, dövlət qurumu vergi məsələləri barədə tələb irəli sürüb.


İddia hakim Leyla Əliyevanın sədrliyi ilə araşdırılır.


Qeyd: Mətbuatda yayılan məlumata görə, “Vimay-Med” MMC Abşeron Rayon İcra Hakimiyyətinin (RİH) sabiq başçısı İradə Gülməmmədovaya məxsusdur.
Xatırlatma: İ.Gülməmmədova bu il yanvarın 19-da Abşeron RİH-in başçısı vəzifəsindən azad edilib.


“Vimay-Med” MMC barəsində daha əvvəl müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin (İXM) 211.2-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə inzibati protokol tərtib edilmişdi.

Həmçinin oxuyun

Bu il Mərkəzi Bank banklara 2,3 milyard dollardan çox valyuta satıb

Bu gün – 25 aprel tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya …