Ölkədə tərəvəz əkini üçün 172 min ha sahə ayrılıb. Hökumətin planına
əsasən, fermerlər həmin ərazidən 3,5 milyon ton kənd təsərrüfatı məhsulu
almalıdır. Bu barədə ölkənin Ədliyyə Nazirliyi məlumat yayıb.Məlumatda
bildirilir ki, 172 min ha ərzinin 23 min hektarında soğan, 18 min
hektarında yerkökü əkiləcək.Bundan başqa 47 min ha ərazidə 1 milyon ton
kartof əkilməsi planlaşdırılır.
Ölkə
prezidenti Şövkət Mirziyoyev ötən ilin dekabrında fermerlərə müraciət
edərək məhsulla bağlı statistik rəqəmləri səsləndirib.Onun sözlərinə
görə, fermerlər dövlət planına uyğun məhsul əldə edərlərsə, ölkədə bu
sahədə problem olmayacaq, qiymətlər ucuzlaşacaq.
Qeyd
edək ki, digər kənd təsərrüfatı ölkələrində SSRİ dönəmində olduğu kimi
plan tətbiq edilməsə də, hökumət kənd təsərrüfatı üzrə istehsalı
tənzimləyir.Bu üsulun tətbiq edildiyi İsrail, Hollandiya, ABŞ kənd
təsərrüfatı məhsulları üzrə qabaqcıl yerləri tutaraq, digər ölkələrə
məhsul ixrac edir.
Azərbaycanda
məhsuldarlığın artırılması və idxaldan asılılığın azaldılması üçün
hökumətin hansısa formada kənd təsərrüfatı məhsullarının istehsalının
tənzimlənməsi mümkündürmü?
İqtisadçı
Akif Nəsirli “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, plan
sistemi ilə aqrar sahənin qurulmasının əleyhinədir:
“Amma
özbəklərin hədəflədiyi nəticəni başqa üsullarla almaq mümkündür. Biz
Avropa ölkələrinin, Kanadanın, ABŞ-ın təcrübəsində bunu görürük. Onlar
plan deyil, proqnozlar qoyurlar. Proqnozlar da araşdırmalar nəticəsində
müəyyən edilir.Məsələn, Azərbaycan hökuməti hansısa məhsulun daha çox
istehsalını arzulayırsa, onu müxtəlif vasitələrlə stimulaşdıra bilər.Həm
də stimullaşdırma istiqamətində nəticəni proqnozlaşdıra bilər. Amma
plan qoymaq doğru metodologiya deyil. Yəni plan qoymaqdansa, qarşıya
hədəf qoyub, ona çatmaq üçün yollar axtarmaq lazımdır. İstehsal “relsə
düşən” zaman isə hökumət bunun məhsuldarlıq tsklini
tənzimləməlidir.“İqtisadiyyatın dövlət tənzimlənməsi” xüsusi
fəndir.Müxtəlif vasitələrlə kənd təsərrüfatı məhsullarının qiymətinin
sabit olması tənzimlənir.Çünki qiymətlərin “rəqs etməsi” birbaşa
fermerlərin fəaliyyətinə təsir edir.Bu “rəqslərin” tənzimlənməsi üçün
dünya təcrübəsi var. Orta Asiya təcrübəsi bizim üçün yararlı və səmərəli
sayıla bilməz”.
İqtisadçı deyir ki, hazırda Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı tənzimlənməsi mövcud deyil:
“Bunu
həyata keçirmək üçün real göstəricilər əldə edilməlidir. Məsələn, bu
yaxınlarda kartofun idxalına rüsum tətbiq olundu, sonradan isə bunu ləğv
etdilər. Bu ona görə baş verdi ki, kartof istehsalı ilə bağlı konkret
göstərici yoxdur. Əvvəlcə göstəriciyə malik olmaq, sonra isə həmin
göstəriciləri idarə etmək üçün üsullar seçilməlidir.Azərbaycanda hələ
ki, belə bir tənzimlənmə istiqamətində nailiyyət yoxdur.Amma potensial
var. Kənd Təsərrüfatı Nazirliyinin bölgələrdə idarələri, əhalinin kənd
təsərrüfatı vərdişləri var. Onları stimullaşdırıb, istiqamətləndirib,
sonradan alınan nəticə üzərində işləri qurmaq olar.Digər tərəfdən
fəaliyyət olmalıdır ki, o da tənzimlənsin.Bizdə yalnız taxılla pambıq
əkilir.Hökumət digər məhsulların əkinini sərbəst buraxıb.Ölkədə bu
məhsullara tələbatın nə qədər olması, bu tələbatın hansı hissəsinin
idxal, hansı hissəsinin istehsal hesabına ödənilməsi hesablanmır,
idxalın azaldılması istiqamətində işlər həyata keçirilmir. Hesab edirəm
ki, bu il yaranan qısamüddətli ajiotaj yəqin ki bir dərs olacaq.
Qarşıdakı dövrlərdə kənd təsərrüfatı məhsullarının istehsalının
stimulaşdırılması və tənzimlənməsi istiqamətində işlər görüləcək”.
Həmçinin oxuyun
Bu il Mərkəzi Bank banklara 2,3 milyard dollardan çox valyuta satıb
Bu gün – 25 aprel tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya …