Cümə , Aprel 26 2024
Ana səhifə / İqtisadiyyat / Hindistanda 80 nəfər diri-diri yandı, 250 yaralı

Hindistanda 80 nəfər diri-diri yandı, 250 yaralı

Hindistanın Kerala ştatındakı məbəddə güclü yanğın baş verib.

Virtualaz.org-un xarici KİV-ə istinadən verdiyi məlumata görə, yanğın nəticəsində 80-dən çöx zəvvar ölüb, 250 nəfər yaralanıb.

İlkin məlumata görə Kollam şəhərində yerləşən məbəddə baş verən yanğına səbəb dini ayinlərin keçirilməsi zamanı fişənglərin partladılması olub.

Yerli mətbuat hadisə nəticəsində məbədin tamamilə uçduğunu qeyd edir.

Bildirilir ki, polis fişənglərin partlayış təhlükəsi barədə əvvəllər məbəd əməkdaşlarını çağıraraq ondan istifadəni qadağan edib. Görünür, sonradan buna əhəmiyyət verilməyib.

Həmçinin oxuyun

Turist sayı nəyin hesabına artır?

Rəsmi açıqlama sərhədin COVİD-ə görə, Prezident təhlükəsizlik səbəbindən bağlı qaldığını deyir Bu ilin ilk üç …

Bir cavab yazın