Cümə axşamı , Oktyabr 21 2021
Ana səhifə / İqtisadiyyat / Hadrut iqtisadiyyatımızda hansı paya malikdir? – DEPUTAT

Hadrut iqtisadiyyatımızda hansı paya malikdir? – DEPUTAT

“Hadrut qəsəbəsi potensial baxımdan Qarabağ iqtisadiyyatında xüsusi paya malik olacaq. Uzun müddət baxımsız şəhər olan Hadrut öz tarixinin yeni və şərəfli mərhələsinə qədəm qoyur”.

Bunu Milli Məclisin deputatı Vüqar Bayramov Hadrut qəsəbəsinin işğaldan azad olunmasının bir ilinin tamam olmasından danışarkən deyib. O bildirib ki, Hadrut turizm zonası kimi böyük aktivliyə malik olacaq:

“Bir il öncə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu Hadrut qəsəbəsini işğaldan azad etdi. Qədim Azərbaycan torpağı olan Hadrut qəsəbəsi strateji əhəmiyyət daşımaqla yanaşı, eyni zamanda böyük potensiala malikdir. 1876,8 kvadrat km sahəsi olan Hadrut qəsəbəsi böyük iqtisadi və turizm potensialı ilə seçilən bölgələrimizdəndir. Hadrut qəsəbəsi kənd təsərrüfatının fərqli sahələrinin inkişafına şərait yaradır. Qafqazda qış, yay, müalicəvi, tarixi, dini turizm imkanları ilə seçilən bölgələrdəndir. Böyük turizm potensialı Hadrut qəsəbəsində qısa zamanda iqtisadi aktivliyi bərpa etməyə imkan verəcək. Tamamilə türk mənşəli oronomik toponimlərə sahib olan Hadrut qəsəbəsi ən qədim insan məskənlərindən biri hesab olunur”.
Deputat hesab edir ki, böyük yararlı torpağı olan Hadrutda kənd təsərrüfatında heyvandarlığın daha çox inkişaf etməsi imkanları var:
“Bununla yanaşı, aqrar sektorun fərqli sahələrinin inkişaf imkanları da var. Hazırda inşa edilən Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolu işğaldan azad olunan bu qəsəbəmizin iqtisadi potensialının reallaşmasına imkan verəcək. Bu yol başlanğıcını Azərbaycanın tarixi ərazisi olan Qarabağdan, yəni Hadrut yaşayış məntəqəsindən götürəcək və işğaldan azad olunan digər bölgələri birləşdirəcək. Belə ki, dörd hərəkət zolaqlı yol Cəbrayıl rayonundan keçməklə Şükürbəyli kəndinədək uzanacaq. Digər tərəfdən, yeni yol Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi avtomobil yoluna birləşəcək. Praktik olaraq Zəngəzur dəhlizi vasitəsilə Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizinə inteqrasiya olunacaq. Bu isə ondan xəbər verir ki, Hadrut qəsəbəsndə formalaşacaq iqtisadiyyat və istehsal ediləcək məhsullar daha geniş bazarlara çıxarıla biləcək”.

Həmçinin oxuyun

Bahalaşmanın əsas səbəbləri nələrdir? – VİDEO

Son dövrlər ərzaq və qeyri-ərzaq məhsullarının qiymətində artım müşahidə edilir. Ekspertlər qeyd edirlər ki, bunun …