Ana səhifə / İqtisadiyyat / Hələb döyüşləri: Yenidən başlayan evakuasiyada yüzlərlə insan Suriya şəhərini tərk edib

Hələb döyüşləri: Yenidən başlayan evakuasiyada yüzlərlə insan Suriya şəhərini tərk edib

Hələb şəhərinin şərqindən yenidən evakuasiyasına başlanılan insanlar avtobus və təcili yardım maşınları ilə üsyançıların ərazisindən çıxarılır, – BMT rəsmiləri deyir.
Ən azı 350 nəfərin üsyançılara məxsus ərazini maşın karvanları ilə hökumətə məxsus ərazi istiqamətində tərk etdiyi deyilir.
Bir qədər əvvəl, üsyançılar insanları evakuasiya etmək üçün göndərilən avtobusları yandırmışdı.
Minlərlə insan çıxılmaz vəziyyətdə Hələbin şərqini tərk etmək üçün gözləyir.
BMT Təhlükəsizlik Şurası deyib ki, əməliyyatı monitorinq etmək üçün kompromisə getmək haqqında razılıq əldə olunub. Rusiya bir müddət əvvəl BMT rəsmilərinin şərqi Hələbə göndərilməsi haqda Fransanın təklif etdiyi ilkin plandan imtina etmişdi.
“Biz buna gələn həftə (bazar ertəsi) yekdilliklə səs veriləcəyini ehtimal edirik”, ABŞ-ın BMT-dəki səfiri Samantha Power deyib.
İnsanları daşımaq üçün üsyançıların nəzarətində olan əraziyə 5 avtobus çatıb, AFP xəbər agentliyi insanları şəhərə daşınmasını koordinasiya edən həkim komandasına rəhbərlik edən Ahmad al-Dbis-dən sitat gətirir.
Hökumətyönlü döyüşçülər əvvəlcə tələb edirdilər ki, Hələbin şərqindən evakuasiyanı yenidən başlamaq üçün əsas olaraq insanların Idlib əyalətində, üsyançıların əsarətində olan şiə kəndlərindən çıxmasına icazə verilməlidir.
Bundan sonra 1200 insan keçmiş üsyançıların nəzarətində olan ərazilərdən çıxarılıb.
Cümə günü təxliyə üçün gəlmiş avtobuslar Hələbin kənarlarında gözləyib
Bazar günü səhər saatlarında, silahlı insanlar kəndlərdən yaralı və xəstə insanları daşıyan azı 5 avtobusu yandırıb.
Bəzi məlumatlarda deyilir ki, baş vermiış hadisəyə görə əvvəlki al-Qaeda-linked Nusra Cəbhəsi adlandırılan Jabhat Fatah al-Sham üsyançı qrupu məsuliyyət daşıyır. Lakin Suriya hökuməti ilə döyüşən Hezbollah qrupu bəyan edib ki, yanğın cihadçı qrup olan Fatah al-Sham və evakuasiyanı dəstəkləyən digər İslamçı üsyançı qrupu arasında gedən döyüş nəticəsində yaranıb.
Cihadçı qrupu məsələ ilə bağlı heç bir şərh verməyib.
Buna baxmayaraq, Azad Suriya Qoşunu baş vermiş hadisəni şərqi Hələbdə “50 minə yaxın insanın həyatını təhlükə altına qoyan düşünülməmiş hərəkət” adlandıraraq qınayıb.
Şərqi Hələbi tərk edəcəyi anı gözləyən insanlar arasında yaralı və xəstə uşaqlar var, Unicef deyib.
Bəzi uşaqlar valideynləri olmadan şəhəri tərk etməyə məcbur edilib və yüzlərlə müdafiəsiz uşaq hələ də mühasirədə qalmaqda davam edir, – təşkilat deyir (BBC).
327 DƏFƏ OXUNUB

Həmçinin oxuyun

Azərbaycanın ən böyük neft yatağında hasilat 2,1 dəfə azaldı

2024-cü ilin ilk rübü ərzində “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağında 31 milyon barel (4 milyon ton) və …

Bir cavab yazın