Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Bağçada uşağa qarşı şiddət – Rəsmi açıqlama

Bağçada uşağa qarşı şiddət – Rəsmi açıqlama

Bakının Fatmayı kəndinin sakini Xədicə Əliyeva 4 yaşlı oğlunun tərbiyəçi tərəfindən döyüldüyünü iddia edir.

Xədicə Əliyeva “Facebook” profilində 4 yaşlı oğlunun Fatmayı kənd uşaq bağcasının müəllimi tərəfindən döyülməsi ilə bağlı video paylaşıb.

Görüntüdə ana uşağının bədənindəki yaraları nümayiş etdirərək “səni kim döyüb?” deyə soruşduqda o, bağcada müəllimi tərəfindən döyüldüyünü bildirir.

Fatmayı kənd uşaq bağçasının direktoru Elnurə Nadirzadə AzNews.az-a açıqlamasında baş verən hadisədən məlumatlı olduğunu və bununla bağlı araşdırmaların davam etdiyini deyib:

“Qrupun rəhbəri və tərbiyyəçisindən izahat alınıb. Müəllimə izahında deyir ki, uşaqla davranışda hər hansı zorakılığa yol verməyib. Onların bildirdiyinə görə, uşaq bağçaya iri oyuncaq maşınlarla gəlir. Valideyn isə təkid edir ki, həmin maşınları ondan almayaq. Tərbiyyəçi deyir ki, uşağın başını dəmir maşınlar əzib. Uşaq maşınları ondan heç kim almasın deyə başında, çiynində gəzdirir.”

Elnurə Nadirzadə uşağın hazırda bağçada olduğunu qeyd edib:

“Valideynlə müəllim arasında anlaşılmazlıq olub. Barışıq olub. Hazırda sakitlikdir. Əgər bu məsələ təsdiqini taparsa, müəllimə ilə bağlı cəza tədbirləri görüləcək.”

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …

Bir cavab yazın