Cümə , Aprel 26 2024
Ana səhifə / İqtisadiyyat / “Gömrük Komitəsi ləğv ediləcək”- EKSPERT

“Gömrük Komitəsi ləğv ediləcək”- EKSPERT

“Gömrük Komitəsi ayrıca qurum kimi ləğv edilib Vergilər Nazirliyinə veriləcək”. 

Bunu iqtisadçı-ekspert Natiq Cəfərli deyib: 

“Analizə əsaslanaraq ehtimal edirəm ki, bu ilin sonuna qədər qərar çıxacaq. ƏDV (Əlavə Dəyər Vergisi) toplanması Gömrük Komitəsindən alınaraq Vergilər Nazirliyinə veriləcək. Bu qərardan bir müddət sonra Gömrük Komitəsi ayrıca qurum kimi ləğv edilib Vergilər Nazirliyinə birləşdiriləcək”. 

Ekspert qeyd edib ki, güclü nazirlik və dövlət qurumları dərhal ləğv edilmir, əvvəl səlahiyyətləri alınır və sonra qərar verilir: “Gömrüklə bağlı eyni prosedur başlayıb”. Cebhe.info

Həmçinin oxuyun

Bu il Mərkəzi Bank banklara 2,3 milyard dollardan çox valyuta satıb

Bu gün – 25 aprel tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya …