Bazar ertəsi , May 6 2024
Ana səhifə / İqtisadiyyat / Göllərdə naxa balığının çoxaldılmasına başlanılıb

Göllərdə naxa balığının çoxaldılmasına başlanılıb

AMEA-nın Zoologiya İnstitutu ölkəmizdə ekoloji təmiz məhsulların alınması istiqamətində apardığı eksperimentlər üzrə uğurlu nəticələr əldə edib. Bu barədə Zoologiya İnstitutundan məlumat verilib.

Belə ki, institutun Mingəçevir Elmi Təcrübə Dayaq Məntəqəsində aparılan tədqiqatlar Bnəticəsində ərazidəki göllərdə təbii şəraitə maksimum uyğunlaşdırılmış, parazitoloji analizdən keçirilmiş və yüksək ekoloji keyfiyyətə malik üç növ balıq yetişdirilib. Göllərdə naxa balığının da süni çoxaldılmasına başlanılıb.

Böyük elmi əhəmiyyətə malik bu tədqiqatlar zamanı yetişdirilən birillik çəki, ağ amur, qalınalın balıqlarının böyümə və inkişafının yem rasionundan, normativlərindən, parazit faunasından asılılığı öyrənilib.

Həmçinin oxuyun

İlin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

Təxminən ilin ortalarında hökumət ötən dövrün, yəni dörd ayın nəticələrini nəzərdən keçirir. Hələlik nəticələr pis …