Cümə , Aprel 26 2024
Ana səhifə / İqtisadiyyat / “Filtirləri gömrükdən keçirə bilmirlər, ödəniş artırılıb” – Etiraz

“Filtirləri gömrükdən keçirə bilmirlər, ödəniş artırılıb” – Etiraz

“Keçən il evdə su filtiri quraşdırdım, evə hər gün içməli su alıb-daşımaqdan canım qurtardı. Filtirlərin təmizlədiyi su kifayət qədər keyfiyyətli idi, amma bir ildən sonra ana filtir dəyişdirilməlidir. Keçən həftə şirkətə zəng etdim, dedim ki, gəlin filtirləri dəyişin, bu gün gələcəklərinə söz verdilər. Bu gün zəng edib üzr istədilər ki, gələ bilmirlər, çünki filtirləri Gömrükdən keçirə bilmirlər, rəsmi ödənişlər artırılıb”.

“Yeni Sabah” xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli sosial şəbəkədə yazıb. Onun sözlərinə görə, şirkətdən deyiblər ki, indiki gömrük rüsumları ilə ödəniş etsələr filtirlərin qiymətini 30% artırmağa məcbur olacaqlar. 

“Gömrük Komitəsinin eyni kənddən olan rəhbərliyi fəxrlə deyirlər ki, bürcəyə ödənişləri artırıblar. Mən anlamıram ki, mənim (vətəndaşların) cibindən çıxan artıq pulla büdcəyə daha çox ödəniş etmələri ilə nədən öyünürlər?! Çıxsınlar mənə (vətəndaşa) təşəkkür etsinlər – bu daha məntiqli olar.

Azərbaycan su filtiri istehsal etmir, yaxın gələcəkdə də istehsal etməyəcək, çünki buna mütəxəssis lazımdır, mütəxəssis üçün yaxşı təhsil sistemi vacibdir, yaxşı təhsil sistemi üçün rəqabətli mühit olmalıdır ki, biznes mütəxəssis ovuna çıxsın, rəqabətli mühit üçün ədalətli məhkəmə lazımdır, ədalətli məhkəmə sistemi yaranması üçün isə azad seçki olmalıdır. Deməli bir tək su filtirinin istehsalı da seçkiyə bağlı məsələdir. 

İndi su filtiri istehsal etmiriksə, nədən bu məhsula 15% gömrük rüsumu, 18% də ƏDV ödəməliyik?! Niyə hökumət heç bir iş görmədən mənim cibimə girib daha çox ödəniş almalıdır?! Mən – vətəndaş o zaman ürəklə büdcəyə vergi-rüsum ödəyərəm ki, hökumət mənim – vətəndaşın ödənişi ilə formalaşan büdcəni şəffaf xərcləsin, mənə – vətəndaşa hesabat versin. 

Bu işin fəlsəfəsi budur e, hörmətli eyni kənddən olan qalstuklu müəllimlər”.

Qeyd edək ki, Gömrük Komitəsinin rəhbərliyi Babək rayonunun Nehrəm kəndindən formalaşıb.

Həmçinin oxuyun

Bu il Mərkəzi Bank banklara 2,3 milyard dollardan çox valyuta satıb

Bu gün – 25 aprel tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya …