Cümə , Aprel 26 2024
Ana səhifə / İqtisadiyyat / FETÖ-dən zabitlərə tapşırıq: “Qayıtmayın”

FETÖ-dən zabitlərə tapşırıq: “Qayıtmayın”

FETÖ təşkilatı müxtəlif ölkələrdə NATO qərargahlarında xidmət edən üzvlərinə Türkiyəyə qayıtmamaq barədə tapşırıq verib.

Axar.az Yeni Şəfəq-ə istinadən xəbər verir ki, bu bilgi Ankara prokurorluğunun apardığı istintaqdan sonra əldə edilib.

15 iyul dövlət çevrilişinə cəhddən sonra NATO qərargahlarında xidmət edən 462 hərbçiyə ölkəyə qayıtmaq əmri verilib. Lakin onlardan 237 nəfərinin ölkəyə qayıtmaqdan imtina edən FETÖ üzvü olduğu aydınlaşıb.

Bu şəxslər təşkilatın göstərişi ilə xidmət etdikləri ölkələrdən siyasi sığınacaq tələb edib.

Almaniyada xidmət edən mayor rütbəli zabit prokurorluğa verdiyi ifadədə FETÖ-nun göstərişini izah edib. Onun sözlərinə görə, təşkilat öz üzvlərinə Türkiyəyə qayıtmağı qəti qadağan edib:

“Komandirlərimiz bizə “Ölkəmiz işğal altındadır, geri qayıtmaqda fayda yoxdur. Ölkəmizi qurtarmaq üçün burada qalıb fəaliyyətimizi davam etdirməliyik, Almaniyada qalın”, deyirdilər”.

İstintaqa ifadəsindən sonra sərbəst buraxılan başqa bir zabit isə bəzi hərbçilərin alman hökumətinin sosial xidmətlərindən faydalanmaq üçün bu ölkədə qaldığını bildirib:

“Almaniya hökuməti 1200 avro civarında pul yardımı edir. Tibbi sığorta və övladların pulsuz təhsilini təmin edir. Bələdiyyələr də dəstək verir. Ona görə də əksər təşkilat üzvü bu ölkədə qalmağı seçib”.

Bu arada Belçikada xidmətlərinə son qoyulan polkovnik-leytenant və polkovnik rütbəli 23 hərbçi bu ölkədən siyasi sığınacaq istəyib.

Həmçinin oxuyun

Turist sayı nəyin hesabına artır?

Rəsmi açıqlama sərhədin COVİD-ə görə, Prezident təhlükəsizlik səbəbindən bağlı qaldığını deyir Bu ilin ilk üç …

Bir cavab yazın