Cümə axşamı , May 2 2024
Ana səhifə / İqtisadiyyat / FED uçot dərəcəsini artırıb: Manatı nə gözləyir? – Ekspert

FED uçot dərəcəsini artırıb: Manatı nə gözləyir? – Ekspert

“ABŞ Mərkəzi Bankının uçot dərəcəsini artırmasının Azərbaycana heç bir təsiri yoxdur”. 

Bunu iqtisadçı ekspert Əkrəm Həsənov deyib. Ekspert Azərbaycan manatının sabiq qalacağını deyir: “FED faiz dərəcəsini artıranda dünyada dollar bahalaşır. Son aylarda dünyanın ən aparıcı valyutaları başda avro olmaqla ABŞ dollarına nisbətən ucuzlaşır. Amma bunun Azərbaycan manatına təsiri yoxdur. Faiz dərəcələrinin artması şəraitində dünyada neftin qiyməti də bahalaşır. Bahalaşmasa da belə ucuzlaşmır, sabir olaraq qalır”. 

Ekspert qeyd edib ki, FED öz faiz dərəcəsini artırdıqca Azərbaycanın valyuta ehtiyatları daha çox gəlir gətirir: “Bu baxımdan bizim üçün heç bir təhlükə yoxdur”.  Qeyd edək ki, ABŞ Mərkəzi Bankı (FED) ardıcıl dördüncü dəfə uçot dərəcəsini artırıb. Qərar əsasən FED faiz dərəcəslərini 0,75 bənd də artıraraq 3,75-4%  aralığına çatdırıb.

Həmçinin oxuyun

Elm və Təhsil Nazirliyi tender keçirmədən bu şirkətə 3,4 milyon ayıracaq

Elm və Təhsil Nazirliyi “Edumedia-Azərbaycan” MMC (VÖEN – 1401897631) ilə 3 satınalma müqaviləsi imzalayıb.Yeniavaz.com xəbər verir …