Cümə , Aprel 26 2024
Ana səhifə / İqtisadiyyat / Erməni deputatı Ermənistan vətəndaşlarını üsyana çağırıb

Erməni deputatı Ermənistan vətəndaşlarını üsyana çağırıb

“Ermənistan vətəndaşlarının mövcud vəziyyətə qarşı üsyan etməkdən başqa yolu yoxdur”.
“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu ölkə parlamentindəki “İrs” fraksiyasının deputatı Zarui Postancyan noyabrın 20-də keçirdiyi brifinqdə bildirib.
O qeyd edib ki, ölkə vətəndaşları şəxsi həyatlarını müəyyənləşdirmək gücündə deyil: “Hakimiyyət buna imkan vermir. 2016-cı ilin dövlət büdcəsi layihəsi ölkə əhalisinin ehtiyac içində yaşayan hissəsinin minimal tələblərini belə ödəmir. Bundan yeganə çıxış yolu Ermənistanda həyatın sistemli dəyişdirliməsidir.
Ona qədər isə hakimiyyət ədalətli seçki keçirəcəyinə təminat verməlidir. Hərəkatın ümumi lideri bir nəfər olmamalıdır. Hər kəs öz yerində lider olmalıdır”.

Həmçinin oxuyun

Turist sayı nəyin hesabına artır?

Rəsmi açıqlama sərhədin COVİD-ə görə, Prezident təhlükəsizlik səbəbindən bağlı qaldığını deyir Bu ilin ilk üç …

Bir cavab yazın